Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • İlham Əliyevdən rus jurnalistə: Azərbaycanca gözəl danışırsız
  • Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb.
  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
  • Azərbaycan səmasında qırıcı taranı: “Vur” əmrinə görə...
  • ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /
  • “Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
  • Çində qum qasırğası - VİDEO
  • Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı
  • Komitə sədri: "Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır"
  • Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!
  • Son dəqiqə!!! - Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
  • Djb.az xəbərlər və informasiya saytı yeni bir uğura imza atdı.
  • 6 kameralı smartfonlar gəlir: 2019-da...
  • Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI - FOTOLAR
  • Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi - VİDEO
  • PREZİDENTİN SƏRƏNCAMINI YERİNƏ YETİRMƏYƏN MƏMURLAR KİMƏ ARXALANIR???
  • “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  • Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
  • Bu gün Dövlət Bayrağı Günüdür
  • 14 Kas 2017, 02:38   
        274
    AMEA Yerin qaranlığa qərq olacağı ilə bağlı məlumatlara aydınlıq gətirib




    AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası noyabrın 15-də Yupiter ilə Veneranın bir-birinə yaxınlaşması nəticəsində Yerin noyabrın 27-dək qaranlığa qərq olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, Yupiter ilə Veneranın yaxınlaşmasının noyabrın 15-də olması barədə məlumatlar düzgün deyil. Çünki Yupiter ilə Veneranın ən yaxın məsafədə yaxınlaşması bu gün gündüz saat 12 radələrində olub.

    X.Mikayılov qeyd edib ki, yaxınlaşma zamanı Yupiter ilə Venera arasındakı məsafə bədirlənmiş ayın yarısı qədər ( 7 günlük ay) olub.

    Yupiter ilə Venera arasındakı məsafənin böyük olduğunu nəzərə çatdıran X.Mikayılov bildirib ki, Yerdən Veneraya qədər olan məsafə 245 milyon, Yupiterə qədər olan məsafə isə 956 milyon km-dir:

    “Göründüyü kimi, onlar arasındakı məsafə çox böyükdür. Onların yaxınlaşmasını “görüntü yaxınlaşması” hesab etmək olar, çünki biz Yerdən baxanda elə görürük ki, onlar yaxındırlar. Əslində isə onlar arasında böyük məsafə var. Bu baxımdan bu iki planetin Yeri qaranlığa qərq etməsi mümkün deyil. Digər tərəfdən, Yer qaranlığa yalnız Günəş tutulması nəticəsində qərq ola bilər. Günəş tutulması hadisəsini isə yalnız Ay törədə bilər, çünki onların hər ikisi demək olar ki, eyni bucaq ölçüsündədir”.

    Qeyd edək ki, NASA alimi Çarlz Boden belə bir iddia ilə çıxış edib ki, noyabrın 15-də Yupiter Venera ilə minimal məsafəyədək yaxınlaşması nəticəsində Yer noyabrın 27-nə qədər qaranlığa qərq olacaq.

    Ona cavab olaraq NASA alimlərinin bir çoxu planetlərin yaxınlaşması nəticəsində hər yerin qaranlığa qərq olması məsələsini saxta adlandırıblar və planetlərin yaxınlaşması ilə Günəş işığının heç bir yerə getməyəcəyinə əmin ediblər./Trend/
    loading...