Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Sabah müharibə əmri verilə bilər: Qanlı savaşın ANONSU

    15 May 2017, 19:08   
        113
    Sabah müharibə əmri verilə bilər: Qanlı savaşın ANONSU

    Türkiyə “Fərat Qalxanı” hərəkatına qatılan Azad Suriya Ordusunun (OSO) 2 min üzvünü Suriyada silahlı təşkilatların əsas sığınacağına çevrilən İdlib vilayətinə göndərməyib.
    XEBERTV.AZ bildirir ki, bu barədə Publika.az “Aydınlıq” qəzetinə istinadən xəbər verir ki, bunun səbəbi Afrində həyata keçirilməsi planlaşdırılan əməliyyatdır.
    Nəşrin yazdığına görə, PKK/YPG kantonlarına qarşı əməliyyatlar addım-addım irəliləyəcək. İlk əməliyyat PKK-nın Rojava adlandırdığı bölgənin qərbində yerləşən Afrin kantonunda keçiriləcək. Bunun səbəbi Afrindən Türkiyənin tez-tez atəşə tutulması və ABŞ-ın illərdir üzərində çalışdığı “Kürd dəhlizi” planı baxımından Afrinin strateji əhəmiyyət daşımasıdır.
    Afrindən sonrakı hədəf isə Münbiç şəhəri olacaq.
    Suriya hava məkanına nəzarət edən Rusiyanın bu əməliyyatlarda dəstəyini almaq Ankara üçün həyati əhəmiyyət daşıyır. Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin mayın 3-də Soçidə keçirdiyi görüşdə bu mövzu müzakirə edilib. Lakin PKK kantonlarına qarşı keçiriləcək əməliyyatlar üçün Rusiyanın razılığı hələ alınmayıb.
    Nəşr yazır ki, əməliyyatlarla bağlı iki ölkənin rəsmiləri arasında danışıqlar davam edir.
    Qeyd edək ki, cənub sərhədlərində “kürd dəhlizi”nin yaradılmasının qarşısını almaq hazırda Ankara qarşısında duran əsas strateji hədəfdir. Bölgədə enerji marşrutlarının əsas mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyan Ankara, “kürd dəhlizi”nin yaradılacağı halda buna nail olmayacaq. “Kürd dəhlizi” kürdlərə Aralıq dənizinə açıq çıxış verir. Beləliklə, Şimali İraqda kürdlərin nəzarət etdiyi neft ehtiyatları “kürd dəhlizi” adlanan bu ərazilərdən keçərək Aralıq dənizinə, oradan da Avropa bazarlarına çıxarılır.
    Hələ bir müddət əvvəl keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlu “Yeni Şafak” qəzetinə yazdığı köşəsində bildirmişdi ki, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır. “Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.
    Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin “NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun “qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək.
    Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq “Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır. Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi “Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır.
    Bülent Orakoğlu bildirir ki, Türkiyədə baş verən hadisələr Şimali Suriyada yaradılan “kürd dəhlizi”nin təhlükəsizliyinə xidmət edir.
    ABŞ prezidenti Donald Trampın YPG-yə (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) ağır silahların çatdırılması ilə bağlı qərarı isə Vaşinqtonun niyyətinin açıq şəkildə ortaya qoydu. Bu gün Vaşintqona uçan Türkiyə prezidenti bu gedişata son qoymağa çalışacaq. Onun özünün də dediyi kimi “Yeni milad” baş tutacaqmı? YPG-yə ağır silahların çatdırılması ilə bağlı qərarın Ərdoğanın səfərindən bir neçə gün əvvəl (mayın 10-da –red.) verilməsi isə nikbin düşünməyə əsas vermir. Türkiyənin isə milli təhlükəsizliyinə ağır zərbə vuracaq belə bir layihə ilə asanlıqla razılaşacağı inandırıcı deyil. Bu isə, bölgədə daha qanlı savaşların müjdəçisi hesab oluna bilər.
    Ömər
    loading...