Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik”
  • SON DƏQİQƏ: Tarif Şurası qaz və suyun qiymtini qaldırdı? – İşığın 1 kilovat saatı isə 16 qəpik
  • ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun
  • İlham Əliyev Dünya çempionatının açılış mərasimində
  • Azərbaycanda enerji qiymətləri 2 dəfə qaldırılır - Tarif Şurasına MÜRACİƏT OLUNDU
  • Müşfiq Cabiroğlu son mənzilə yola salınıb
  • Marsda həyat izi aşkarlandı
  • Alimlərdən şok açıqlama: Ay uzaqlaşır, gün uzanır
  • Günün ulduz falı: 6 iyun, 2018
  • Optik eynəklərin satış qaydaları dəyişdirilir
  • İyulun 1-dən şəbəkə istifadəçiləri vergi verəcək
  • Azərbaycan-Rusiya sərhədində əməliyyat başladı
  • Azərbaycanda pensiya yaşı artırıldı - Görün neçə oldu. DİQQƏT, YENİ QAYDALAR
  • Erməni kəşfiyyatçı: Azərbaycan Ermənistanı iki böləcək
  • SON DƏQİQƏ: Ərdoğanın iqamətgahına HÜCUM ANI: Görüntülər yayıldı - VİDEO
  • Prezidentdən Messiyə şok təhdid: Əgər Qüdsə gəlsən...
  • Yeri hansı ölçüdə asteroid dağıda bilər - ALİMLƏRDƏN DƏQİQ CAVAB
  • İftar vaxtı restoranın ortası çökdü – Video
  • Artıq insanlar barmaq izindən deyil, yerişindən TANINACAQ
  • Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
  • Ermənilər biryaşlı qızımızı gözümüzün qabağında güllələdilər _ŞƏHİDİM(3)
  • ABŞ çaşbaşdır: Diktatorla görüş olacaqmı?
  • “WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verildi
  • “Hell Azərbaycan”dan zəhərlənən turistlə bağlı AÇIQLAMA - YENİLƏNİB
  • 23 yaşlı azərbaycanlı xanım 6 övlad dünyaya gətirdi
  • 12 Şub 2017, 06:26   
        251
    Erməni əsgər anaları nazirliyin binasına hücum çəkdilər


    İrəvanda cəbhədə öldürülmüş erməni əsgərlərin anaları Müdafiə Nazirliyinin binasına hücum çəkiblər.

    XEBERTV.AZ baku.ws-ə istinadən xəbər verir ki, Ermənistan mətbuatının verdiyi xəbərə görə, əsgər anaları yeni müdafiə naziri Viqen Sarkisyan ilə görüşmək məqsədilə nazirlik binasının arxa girişində toplaşaraq müdafiə şöbəsinin müdirinin kortejini dayandırmağa cəhd göstəriblər. Bu zaman cəbhədə həlak olmuş Valeri adlı əsgərin anası Nana Muradyanın səhhəti pisləşib və bu səbəbdən də təcili tibbi yardım çağırılıb.

    Nana Muradyan jurnalistlərə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri onu vurub, üzünə tüpürərək onu "bomj" adlandırıb. Daha sonra yaxınlıqda olan polis avtomobilinə tərəf sürüyərək onu polis bölməsinə aparmaqla hədələyiblər. Qadını yalnız baş polis məmuru gəldikdən sonra buraxıblar. Muradyanın sözlərinə görə, insidentdən sonra qadından ərazini tərk etməsini tələb ediblər.

    Qeyd edək ki, erməni əsgər anaları tez-tez Müdafiə Nazirliyi binası önünə toplaşaraq cəbhədə öldürülmüş oğullarına görə rəhbərlikdən hesab tələb edirlər. Aprel əməliyyatları və son günlər ordumuzun cəbhədə ermənilərə sarsıdıcı zərbələr vurmasından sonra bu hal daha da artıb.
    loading...