• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi



Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi


Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

XEBERTV.AZ  xəbər verir ki, Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.

Zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb -yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib.

Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. “Fukusima-1” AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →