• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

AFFA-nın vitse-prezidentindən “Qarabağ” AÇIQLAMASI - "Sabahkı oyunda..."




 

AFFA-nın vitse-prezidentindən “Qarabağ” AÇIQLAMASI - "Sabahkı oyunda..."

“Keçən oyunda şahid olduq ki, “Qarabağ” gözlədiyimizdən çox daha yaxşı nəticə verdi”. 

XEBERTV.AZ verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, sabahkı qarşılaşmadan da uğurlu nəticə gözlədiyini deyib:

“Sabahkı qarşılaşmada da inanırıq ki, “Qarabağ” bizə ilk oyundakı kimi möcüzə yaşadacaq və çox yaxşı nəticə verəcək. Lakin unutmayaq ki, rəqib UEFA Avropa Liqasının çox güclü komandalarından biridir. Bunun üçün də sabahkı oyunda keçən dəfəki kimi çox gözəl oyun nümayiş etdirməliyik”.

V.Sadıqov Bakıdakı oyunun ilk hissəsində ağdamlıların 2:0 hesabı ilə öndə olması təqdirində, qarşılaşmanın 2:2 hesabı ilə bitməsinə də münasibət bildirib:

“Qarabağ” ilk yarını 2:0 hesablı üstünlüyü ilə bitirsə də, ikinci hissədə hücumçu Juninyonun və yarımmüdafiəçi Benzianın zədələnməsi rəqibə hesabı bərabərləşdirmək üçün şərait yaratdı”.

Qeyd edək ki, UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda baş tutan “Qarabağ” - “Bayer 04” matçının ilk yarısı “Qarabağ”ın 2:0 hesablı üstünlüyü ilə bitsə də, ikinci yarıda rəqib komanda hesabı bərabərləşdirməyi bacarıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Tərəflər arasında cavab qarşılaşması martın 15-də Bakı vaxtı ilə 00:00-da keçiriləcək.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →