• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Vətən naminə- xalq naminə döyünən ürək!


 

BAKI-XEBERTV.AZ


Vətən naminə- xalq naminə döyünən ürək!


Abasov Mövsümağa Ədalət oğlu Azərbaycan xalqının layiqli övladlarından biridir. O, möminlər diyarı adlanan Salyan rayonunun yetirməsidir.  Vətənini sevən,xalqına və millətinə dəyər verən Vətən oğludur.


Mövsümağa Abasov Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik siyasətinin dəstəkləyicisidir.


Mövsümağa Abasov eyni zamanda xalqın və millətinin ictimai həyatına dəstək olan,insanların yaşayışının, rifahının yaxşılaşdırılması uğrunda əlindən gələni əsirgəməyən hər bir vətəndaşın yanındadır.


M.Abasov, 2008-ci ildən "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvüdür.O,  2012-ci ildən etibarən həmin İctimai Birlikdə beynəlxalq əlaqələr departamentinin rəhbəri olmuşdur. Abasov təşkilat nizamnaməsinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində Azərbaycan xalqının milli mənafeyinin hərtərəfli qorunması, dəstəklənməsi onların səsinin dünyaya çatdırılması uğrunda mübarizə aparanların davamçısı olmuşdur. Mövsümağa Abasov etdiyi çıxışlarında əhalinin həyat və sağlamlığının qorunmasına, cəmiyyətdə məşğulluğun artırılmasına böyük önəm vermişdir.


2021-ci ildən Qazilər.az informasiya portalında direktor müavini vəzifəsində çalışmışdır. Bu dövrlərdə də Vətən, xalq, millət ruhlu məqalə və çıxışları ilə hər zaman xalqın yanında olmasının dəlalətini göstərmişdir.


Bununla yanaşı, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi və 

diplomatik sferada atdığı addımların hər birinin düşünülmüş strateji xarekter daşımasını vurğulamışdır.Bilindiyi kimi atılan strateji xarakterli addımlar XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etməsinin  və ölkəmizə qarşı başlanan hərbi təcavüzlərin qarşısının alınmasına  səbəb olmuşdur.


 

Hər günü bir əsrə bərabər olan 44 günlük Vətən müharibəsi zamanı vətəndaşlarla yanaşı dövlət və özəl təşkilatlar, qeyri-hökumət təşkilatlarının əksəriyyəti də bütün fəaliyyət və işlərini cəbhə ilə, ordu ilə əlaqədar qururdu.


 

Mövsümağa Abasov da QHT rəhbərliyi ilə birgə etdiyi  fəaliyyətlərdən başqa, şəxsən özü də arxa cəbhədə ordumuzun maddi-mənəvi ehtiyaclarını qarşılamaq məqsədi ilə  əlindən gələn dəstəyi əsirgəməmişdir.


 


Şamil Sabiroğlu,


“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi.


Bakı,21.02.2024.


 

 

 

 

Reytinq: 
  • Нравится
  • 3
Son xəbərlər
bütün xəbərlər →