• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Rusiya klubları “Qarabağ”ın daha bir futbolçusunu istəyir?


rusiya-klublari-qarabagin-daha-bir-futbolcusunu-isteyir


Rusiya klubları “Qarabağ”ın daha bir futbolçusunu istəyir?

“Qarabağ”ın meneceri Asif Asgərov Rusiyanın “Rubin” və “Krasnodar” klublarının Leandro Andrade ilə maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XEBERTV.AZ xəbər verir ki, o, “Sport-Express”ə açıqlamasında kabo-verdeli yarımmüdafiəçi ilə bağlı kluba rəsmi təklif gəlmədiyini deyib:

“Heç kim bizə Leandro ilə bağlı müraciət etməyib. Başqa klubların bizim komandadan hansısa futbolçunu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, mütləq bizə müraciət edilməlidir. Çünki onun “Qarabağ”la müqaviləsi var”.

Xatırladaq ki, Andradenin agenti Uqo Kadjuda Rusiya mediasına bildirib ki, “Rubin” və “Krasnodar” futbolçu ilə maraqlanır.

Andrade bu mövsüm “Qarabağ”da 33 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, daha öncə “Qarabağ”ın futbolçusu Kadi Borges Rusiyanın “Krasnodar” klubuna transfer olunmuşdu.

“Qafqazinfo” 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →