Xəbər lenti
Axtar

Ermənistanda bir qrup silahlı şəxs polis idarəsini zəbt edib, ölən var - Yenilənib

17 Tem 2016, 12:11   
    258
Ermənistanda bir qrup silahlı şəxs polis idarəsini zəbt edib, ölən var - Yenilənib

Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir necə nəfər yaralanıb.

Trend-n İnterfaks agentliyinə istinadən verdiyi xəbər görə, xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.

***

Bu gün bir qrup silahlı şəxs Ermənistanın paytaxtı İrəvan yaxınlığındakı Erebuni rayonunda polis idarəsini zəbt edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, silahlı şəxslər Qarabağ müharibəsinin iştirakçısı, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

J. Sefilyan qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Polis idarəsi ordu birlikləri tərəfindən mühasirəyə alınıb.