• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Doktor Zahid Əhmədovu tanıyırsızmı?


 

BAKI-XEBERTV.AZ


Doktor Zahid Əhmədovu tanıyırsızmı?

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Ordu quruculuğu prosesində xüsusi xidmətləri olan insanlardan da biri - Laçın rayonunun yetirməsi doktor Zahid Surxay oğlu Əhmədovdur. Zahid həkim 1965-ci il mayın 27-də doğulub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Laçın rayon mərkəzində yaradılan Ərazi Özünümüdafiə Taborunun formalaşmasında Z.Əhmədovun xüsusi xidmətləri var. Belə ki, o, hazırda ehtiyatda olan polkovnik - leytenant Arif Paşayevin rəhbərlik etdiyi Taborun Tibb Xidmətinin rəisi vəzifəsində çalışmaqla yanaşı, karate müəllimi kimi Silahlı Qüvvələrdə xidmətə başlayan gənclərin təlim-məşq prosesində iştirak edib. Doktor Z.Əhmədov hazırda “Laçın Mərkəzi rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin Direktor müavini, Baş həkim kimi fəaliyyət göstərir.
Noyabrın 4-də KİV-də belə bir məlumata rast gəldim: "Laçın Mərkəzi rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin Direktoru Bakı Baş Səhiyyə Mərkəzinə müdir müavini vəzifəsinə təyin edilib. Onun yerinə isə Mərkəzi rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım şöbəsinin müdiri Orxan Cəbrayıl təyin edilib. Əslində, burda narahatlıq gətirəcək heç nə yoxdur. Çünki, AR Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı Direktoru Vüqar Qurbanov səlahiyyətindən istifadə edərək belə bir əmr imzalayıb. Ancaq, gəlin, yeni təyin olunan direktorla Zahid həkimi müqayisə edək: əcaba, doktor Zahid Əhmədovun hansı xüsusiyyəti TƏBİB Rəhbərliyinin xoşuna gəlməyib? Ən azından, ömrünün 35 ilini peşəkar həkim kimi fəaliyyət göstərən, üstəlik I və II Vətən savaşlarında müəyyən qədər zəhməti olan Zahid Əhmədovun namizədliyinin Laçın Mərkəzi rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin Direktoru vəzifəsinə irəli sürülməməsinin özü TƏBİB Rəhbərliyinin kadr siyasətində naşılığa yol verdiyinə bir işarədir. 
Qeyd: Biz, TƏBİB Rəhbərliyinin fikrini də dərc etməyə hazırıq.
                      Şamil Sabiroğlu, jurnalist.
                        06.XI.2023.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →