• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Məhəbbət Paşayeva Azərbaycan Respublikasının Əməkdar həkimi adına çoxdan layiqdir!


BAKI-XEBERTV.AZ

 


Məhəbbət Paşayeva Azərbaycan Respublikasının Əməkdar həkimi adına çoxdan layiqdir!

Azərbaycanın ləyaqətli, vətənpərvər və işgüzar övladlarından söhbət düşərkən Tərtər rayonunun ləyaqətli övladlarından biri-terapevt-doktor Məhəbbət Sabir qızı Paşayevanın da adı hörmətlə çəkilir. Məhəbbət xanım 1958-ci il fevralın 8-də doğulub. 1964-1974-cü illərdə Tərtərdə orta məktəbi bitirib, elə həmin il-16 yaşında ikən Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika Fakültəsinə daxil olub. 1980-ci ildə bu fakültəni bitirərək təyinatla Tərtər Mərkəzi rayon Xəstəxanasına göndərilib. 1985-ci ildə həmin Xəstəxanada Baş həkimin müalicə işləri üzrə müavini vəzifəsinə təyin edilib. Azərbaycanın dağlıq hissəsi olan Qarabağda, Xankəndi və Əsgəran şəhərlərində yaşayan ermənilər 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi tələbi ilə fasiləsiz mitinqlərə başladılar. Məhəbbət xanım və onun ailə üzvlərinin qara günləri də o vaxtdan başlandı. Belə ki, atası, el arasında böyük nüfuza malik olan Sabir müəllim, həmçinin, qardaşları Ədalət, Evarist və İlham könüllü olaraq Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyə başladılar. 1990-cı ilin yanvar ayıının 19-dan 20-ə keçən gecə keçmiş SSRİ-yə məxsus Silahlı Qüvvələrin və Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın paytaxtı Bakıda və Ölkəmizin bəzi bölgələrində vəhşilik aktları törətdilər. Məhəbbət xanımın atası deyirmiş ki, “bu xəmir, çox su aparacaq...” 

M. Paşayeva 1992-ci ildə Tərtər Mərkəzi rayon Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edildi. Çox çətin günlər idi: erməni terrorçuları öz din qardaşlarının köməyilə Ağdərə rayonu istiqamətindən Tərtər rayonunu şiddətli atəşə tutur, azərbaycanlılar yaşayan məntəqələrdə yaralanan şəxsləri bu Xəstəxanaya və yaxınlıqda yerləşən Hərbi Səhra Cərrahiyyə Hospitalına gətirirdilər. Azərbaycan öz müstəqilliyini yenicə bərpa etmişdi. Müdafiə Nazirliyi yaradılsa da, maddi-texniki bazası yox idi. Ədalət və İlham Paşayev qardaşları Tərtərdəki “N” saylı hərbi hissənin tərkibində xidmət edirdi, Evarist isə Rusiya Federasiyasındakı rahat iş-gücünü ataraq Ölkəmizə qayıtmış, Qubadlı rayon Polis Şöbəsinə rəis təyin edilmişdi. Ədalət 1992-ci ildə (36 yaşında), Evarist isə 1993-cü ildə (28 yaşında) şəhid olmuşdur. 1993-cü il yanvarın 20-də Azərbaycan Televiziyasında şəhidlər haqda verilişə baxan Sabir Paşayevin ürəyi fəaliyyətini dayandırmışdır. Məhəbbət xanımın digər qardaşı İlham isə ağır yaralansa da təsadüf nəticəsində sağ qaldı. İlham bəyin oğlu Amid Paşazadə isə 2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən savaşın iştirakçısı, qazisidir.

2008-ci ildə öz ərizəsinə əsasən Tərtər Mərkəzi rayon Xəstəxanasının baş həkimi vəzifəsindən azad edilən Məhəbbət Paşayeva bir müddət Tərtər rayon İcra Hakimiyyətində işləmişdir. Məhəbbət xanım ictimai fəallığı ilə seçilən insandır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür. Harda işləyibsə, dövlət və dövlətçilik prinsiplərini daim uca tutub. M.Paşayeva 1998 və 2003-cü illərdə Azərbaycan qadınlarının Qurultayında iştirak edib. Qurultay zamanı Dahi Şəxsiyyət, sabiq Dövlət Başçısı Heydər Əliyevlə görüşüb. Özü də təkcə özü yox, Tərtərdən Bakıya gələn nümayəndə heyəti üzvlərinin də Ulu Öndərlə görüşməsinə vasitəçi olub.

M.Paşayeva hazırda Bakıda, özəl Klinikalardan birində çalışır. O, İctimai Təşkilatlar tərəfindən təsis edilən “Vətən naminə” və “Fədai” mükafatlarına layiq görülüb. Tam əminliklə bildirirəm ki, xanım Məhəbbət Paşayeva Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adını almağa çoxdan layiqdir. Əminəm ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı Direktoru Vüqar Qurbanov Məhəbbət Sabir qızı Paşayevanın halal haqqının özünə qaytarılması, onun tezliklə Əməkdar Həkim fəxri adını alması üçün aidiyyəti üzrə tapşırıq verəcək. Bu, həm də Azərbaycan Tibb Universitetinin məzunu olan digər tibb işçilərinin də hədsiz sevinclərinə səbəb olacaq.

                                  

Şəhid, "Azərbaycan bayrağı" ordenli Ədalət Sabir oğlu Paşayev.


 

Şəhid polis əməkdaşı Evarist Sabir oğlu Paşayev. 1992-ci il.

 

   Məhəbbət xanım.        Müharibə veteranı 

    Şamil Sabiroğlu,

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist,

                                           Bakı, 14.10.2023.  

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →