• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

İran Zərgəzura görə müharibəyə girəcək - Sandal





Türkiyə üçün Zəngəzur dəhlizi çox önəmlidir. Bu, Azərbaycanla birbaşa əlaqə yaradacaq, Türkiyə onun vasitəsilə Orta Asiyanın türk respublikaları ilə əlaqə quracaq.

XEBERTV.AZ   xəbər verir ki, bunu türkiyəli analitik Əhməd Sandal deyib.

Onun sözlərinə görə, İranı Zəngəzur dəhlizinə qarşı çıxmağa məcbur edən də sonuncu faktordur:

“Türkiyənin bölgədəki ən böyük rəqibi İrandır. Türkiyəyə İraq və Suriyada problem yaradan İran Zəngəzur dəhlizi məsələsində də bunu edəcək. Bu prosesin qarşısını almaq üçün İran müharibəyə də gedə bilər”.

Sandal bildirib ki, İranla müharibə Türkiyənin xeyrinə olmayacaq və Ankara müharibənin olmaması üçün hər şeyi etməlidir:

“Çünki bu müharibədə qalib İsrail və ABŞ olacaq. Türkiyə 200 ildir İranla vuruşmur. Bunu nəzərə almaq və İranla gərgin prosesdən uzaq durmaq lazımdır”.


Axar.az



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →