Portuqaliyalı ulduz Kristiano Ronaldo Azərbaycana gəlir. 

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "Əl-Nəsr"də çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək. Səfər reklam çəkilişi məqsədilə baş tutacaq.

Belə ki, Ronaldo qida məhsulu firmalarından birinin reklam siması olacaq.

Səfərin tarixi hələ ki bəlli deyil.