• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Bayraqdar Pakistanla yeni müqavilə imzaladı



Bayraqdar Pakistanla yeni müqavilə imzaladı


Pakistanın Ravalpindi şəhərində Milli Aerokosmik Elm və Texnologiya Parkının (NASTP) rəsmi açılışı olub.

XEBERTV.AZ   xəbər verir ki, mərasimdə Pakistan Baş naziri Şahbaz Şərif və “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraqdar da iştirak ediblər.

Açılış proqramından sonra “Baykar” və NASTP arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni Səlcuk Bayraqdar və NASTP komandiri general-leytenant Qulam Abbas Qumman imzalayıb.

Səlcuq Bayraqdar həmçinin Pakistanın baş naziri Şahbaz Şərif, Baş Qərargah rəisi, general Seyid Asim Munir Əhməd Şah və Hərbi Hava Qüvvələri Komandanı, general Zaher Əhməd Babur Sidhu ilə də görüşlər keçirib.

Bildirilib ki, “Baykar” şirkəti Pakistanın aerokosmik sisteminə öz töhfəsini verməkdə davam edəcək. Beləliklə, Türkiyə ilə Pakistan arasında əsrlər boyu mövcud olan möhkəm bağlar yüksək texnologiya ilə daha da möhkəm şəkildə gələcəyə daşınacaq.




axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →