• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Bayden Putinin nüvə silahından istifadə etməsinin heç bir “real perspektivini” görmür




 


Bayden Putinin nüvə silahından istifadə etməsinin heç bir “real perspektivini” görmür


ABŞ-nin Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməsi təhlükəsini görmür.

“XEBERTV.AZ  xəbər verir ki, bu barədə Amerika lideri Finlandiyanın paytaxtı Helsinkidə Şimali Avropa liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən düşünmürəm ki, Putinin nüvə silahından istifadə etməsinin real perspektivi var. Təkcə Qərb deyil, Çin və dünyanın qalan hissəsi dedi: “Buna əl atmayın. Bunu etməyin”, - dövlət başçısı qeyd edib.

Bayden Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməyə davam etdiyinə də diqqət çəkib.

“Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojının mümkün hərəkətləri barədə suala Amerika lideri belə cavab verib: “Onun nə edə biləcəyini bir Allah bilir”.

“Onun harada olduğunu və hansı durumda olduğunu bilmirik də. Onun yerində olsaydım, onların mənə nahara nə verdiyinə diqqət yetirərdim. Qısası, bilmirəm və heç kim bilmir”, - ölkə başçısı əlavə edib.

Qeyd edək ki, nüvə silahı Ukraynaya qarşı genişmiqyaslı müharibə zamanı Moskva tərəfindən şantaj alətinə çevrilib. Bundan başqa, Rusiya bu ilin yazında nüvə silahının bir hissəsinin Belarusda yerləşdirilməsi ilə bağlı razılığa gəlib.

Bu həftə keçirilən sammitdə NATO liderləri Rusiyanın nüvə ritorikasını pisləyib və Rusiyanın bu silahdan hər hansı istifadəsinin ciddi sonuclar verəcəyi barədə xəbərdarlıq ediblər.


Report” 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →