• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Dəniz quldurları Qvineya körfəzində Danimarka tankerini ələ keçiriblər

Dəniz qulduruları Qvineya körfəzində Danimarkanın “Monjasa” şirkətinə məxsus tankeri ələ keçiriblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ötən gün okeanlarda gəmilərin hərəkətini izləyən “Trade Winds” portalı məlumat yayıb.

Qeyd edilib ki, Liberiya bayraqlı tanker martın 25-də axşam saatlarında Konqo Respublikasının cənub sahilindəki Pointe-Noire limanından 260 km aralıda hücuma məruz qalıb. Gəmidə dizel yanacağı var.

Gəmi sahibinin dediyinə görə, ələ keçirilən zaman tankerdə 16 heyət üzvü olub.

Afrikanın sahilyanı ölkələri son iki ildə Qvineya körfəzində təhlükəsiz naviqasiyanı təmin etmək üçün əhəmiyyətli işlər görüblər. Buna baxmayaraq, hələ dünya okeanının təhlükəli zonası kimi qalır. Beynəlxalq Dəniz Bürosu qeyd edir ki, keçən il Qvineya körfəzində 19 pirat hadisəsi baş verib, 2021-ci ildə bu rəqəm 35, 2020-ci ildə isə 84 olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →