• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda həssas qruplara aid 172 benefisiara xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda 172 benefisiarın yaradıcı potensialının inkişafına dəstək işləri aparılır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəz sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədi daşıyır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin benefisiarlarının 92 nəfəri əlilliyi olan şəxslər, 36 nəfəri aztəminatlı ailələrdən olanlar, 33 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 11 nəfəri şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir. Həmçinin benefisiarlardan 37 nəfəri 6-10 yaşlarında, 58 nəfəri 11-18 yaşlarında, 77 nəfəri isə 18 yaş və daha yuxarı yaşda olanlardır.

Mərkəzə qəbul olunan şəxslər müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, öz bacarıqlarını təkmilləşdirirlər.

Benefisiarlarla bağlı Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə fərdi inkişaf planı tərtib olunaraq kompleks reabilitasiya işləri də aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →