• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Nərgiz Əliyeva: Novruz adət-ənənələrimiz gələcək nəsillərə də ötürülməlidir

Bu gün Novruz bayramını qeyd etmək üçün İçərişəhərə gəldik. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Bayram şənliyi, kəndirbazlar, Novruz tonqalı, yarmarkalar və digər bu kimi özəlliklər insanın əhvali-ruhiyyəsini artırır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İçərişəhərdə təşkil olunan “Bayram qalası” adlı Novruz şənliyini izləyən Bakı sakini, psixoloq Nərgiz Əliyeva deyib.

“Hazırda bayram tonqalının ətrafına yığışmışıq və tonqalın qalanması insanı uşaqlıq xatirələrinə qaytarır. Nə yaxşı ki Novruz bayramı ölkəmizdə belə yüksək səviyyədə keçirilir. Əvvəlki illərə nisbətən builki Novruz bayramı daha təntənəli və coşqu ilə qeyd olunur. Çox istərdim ki, Novruz bayramına xas olan adət-ənənələrimiz unudulmasın və gələcək nəsillərə də ötürülsün", - deyə N.Əliyeva vurğulayıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →