• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ olub

İndoneziyanın Yava adası sahillərində 5,2 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 636 min nəfərin yaşadığı Cokyakarta şəhərindən 140 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 58 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və insan tələfatı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →