• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Ulu Öndərə həsr olunan klassik musiqi konserti keçirilib

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin iştirakı ilə klassik musiqi konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə yerli və dünya klassiklərinin əsərləri səsləndirilib.

Tədbirdə “Heydər Əliyev və Mstislav Rostropoviçin dostluq əlaqələri” adlı mühazirə oxunub. Həmçinin Heydər Əliyev və Mstislav Rostropoviçin görüşlərini əks etdirən videogörüntülər təqdim olunub.

Tədbirdə qonaq qismində İncəsənət Gimnaziyasının şagird və müəllim kollektivi, Azərbaycanın Xalq artisti Azər Zeynalov iştirak edib.

Sonda konsert proqramı ilə çıxış edən şagirdlər muzey rəhbərliyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıblar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →