• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Dünya Bankı: Zəlzələlər nəticəsində Suriyaya 5,1 milyard dollar ziyan dəyib

Dünya Bankının cümə günü dərc etdiyi “Suriyadakı dağıntıların qiymətləndirilməsi üzrə Qlobal Əməliyyat Hesabatı”na əsasən, fevral ayında baş verən zəlzələlər Suriyaya təxminən 5,1 milyard dollar ziyan vurub.

AZƏRTAC xəbər verir ki, hesabatda dəymiş ziyanın real miqyasını müəyyənləşdirməyin hələ də çətin olduğu vurğulanır.

Dünya Bankının məlumatına görə, bütün dağıntıların 45 faizini (2,3 milyard dollar) təşkil edən Hələb əyaləti, həmçinin İdlib (37 faiz - 1,9 milyard dollar) və Latakiya (11 faiz - 549 milyon dollar) daha çox zərər çəkib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →