Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 31 Mrt 2016, 16:59   
        321
    Yol polisindən vətəndaşa qarşı aşkar quldurluq

    Sürücü aşkar şəkildə pozulmuş haqqını bərpa etməkdən ötrü döymədiyi qapı qalmayıb - bütün qapılardan gələn cavablarda yol polisinin özbaşınalığı təsdiqini tapır, amma heç kim tədbir görmək istəmir. Hadisə 02 noyabr 2015-ci il tarixdə İmişli rayonu ərazisində baş verib. 99 BA 027 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobili idarə edən Saatlı şəhər sakini Əliyev Nizami Hüseynalı oğlu İmişli Dövlət Yol Pilisi bölməsinin inspektoru Elvin Nəhmədov tərəfindən saxlanılıb. Polis əməkdaşı ona bildirib ki, avtomobil texniki baxışdan keçməyib. Lakin sənədləri araşdırarkən məlum olub ki, avtomobil texniki baxışdan keçib və növbəti texniki baxışın vaxtı hələ çatmayıb. Cəhdinin boşa çıxdığını görən DYP inspektoru ona bildirib ki, sən təhlükəsizlik kəmərindən istifadə etməmisən. Sürücü isə bildirib ki, o hər zaman kəmərdən istifadə edir və indi də avtomobili kəmərlə idarə edirdi. Amma Elvin Nəhmədov heç bir sübut təqdim etmədən ona protokol tərtib edib, sürücü protokolu imzalamaqdan imtina edib və sənədlərini geri tələb edib. Lakin Elvin Nəhmədov avtomobilin qeydiyyat şəhadətnaməsini və sürücülük vəsiqəsini ona qaytarmaqdan boyun qaçırıb. Sürücü dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib və avtomobilinə əyləşərək çıxıb gedib.

    Sonradan Əliyev Nizami Hüseynalı oğlu DYP Saatlı rayon bölməsinə çağırılıb, protokol barədə ona bildiriş verilib və sənədləri geri qaytarılıb. Sürücü 10 günlük müddət bitmədən yuxarı qurumlara - DYP-nin rəisi Ramiz Zeynalova şikayət edib və protokolda göstərilmiş inzibati xəta ilə bağlı sübutları tələb edib. DYP inzibati xəta ilə bağlı ona heç bir sübut təqdim edə bilməyib, amma bununla belə protokolu qüvvədə saxlayıb. Üstəlik, qanunsuz olaraq sənədləri girov saxlayan inspektor barədə də heç bir tədbir görülməyib.

    Maraqlıdır ki, İmişli rayon polis şöbəsindən onun şikayətinə verilən rəsmi cavabda da Elvin Nəhmədov adlı inspektorun onun sənədlərini həqiqətən geri qaytarmadığı təsdiqlənir, amma nə qədər qəribə olsa da, polis şöbəsi onun bu hərəkətində qanunsuzluq görmür.

    Əliyev Nizami Hüseynalı oğlu yol polisinin özbaşınalığı barədə bir çox dövlət qurumlarına müraciət edib. Amma aşkar şəkildə təqdiqlənən özbaşınalıq faktı ilə bağlı heç bir tədbir görülmür. Qeyd edək ki, əvvəllər 102 xidmətinə ünvanlanan müraciətlər zamanında araşdırılaraq tədbir görülürdü, amma son vaxtlar artıq bu xidmət də vətəndaşların müraciətlərini cavabsız qoyur.


    Yol polisindən vətəndaşa qarşı aşkar quldurluq


    Məlumat üçün xatırladaq ki, Elvin Nəhmədov adlı DYP inspektoru barədə belə şikayətlər əvvəllər də yer alıb. 24 mart 2015-ci il tarixdə Bizimyol.info saytında yer almış «Polis 200 manata görə sənədlərimi qaytarmır…» başlıqlı yazıda Elvin Nəhmədov tərəfindən İmişli rayon sakini Nəsirov Bəxtiyar Şakir oğlunun sənədlərinin qanunsuz olaraq girov saxlanılması barədə məlumat yer alıb. Şikayətçi bildirb ki, Elvin Nəhmədov sənədlərini qaytarması üçün ondan 200 manat pul tələb edib, o isə 50 manatını verib və qalanını da sonra verəcəyini deyib. Ardınca sürücü avtomobili aylarla sənədsiz sürməyə məcbur olub, çünki pulun qalanını ödəyə bilmədiyinə görə inspektor onun sənədlərini geri qaytarmaqdan boyun qaçırıb. Bu məsələ ilə bağlı saytımıza açıqlama verən DYP ictimaiyyətlə əlqələr şöbəsinin rəisi Kamran Əliyev inspektorun əməlləri ilə bağlı araşdırma başlatmaq əvəzinə sürücünü günahkar çıxarıb: "Əgər belə bir fakt olubsa, niyə indiyə kimi sürücü susub? Qanunsuz pul tələb edirdilərsə, prokurorluq orqanlarına müraciət edərdi. Amma o, aylarla susub, indi danışır". Yəni belə çıxır ki, sürücü hadisə barədə gec danışıbsa, daha inspektorun heç bir günahı qalmır - hətta adam öldürübsə, belə...



    Yol polisindən vətəndaşa qarşı aşkar quldurluq


    İndiki halda isə Əliyev Nizami Hüseynalı oğlu zamanında bütün instansiyalara müraciət edib, amma heç bir nəticəsi yoxdur. Qanunvericiliyə görə haqqında danışılan situasiyada DYP əməkdaşının sənədləri özündə saxlaması aşkar qanunsuzluqdur. Üstəlik, sənədlərini geri ala bilməyən sürücü sənədsiz-filansız DYP əməkdaşlarının gözləri qaşısında avtomobilinə oturub çıxıb gedib, amma yol polisi onu saxlamayıb. Bu hal onu göstərir ki, inspektor sənədləri məqsədli şəkildə özündə saxlayıb, yəni heç də sürücü sənədlərini orada atıb getməyib. Əgər belə olsaydı, inspektor onun sənədsiz halda avtomobilə oturub uzaqlaşmasına imkan verməzdi.

    DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsi telefon zənglərimizə cavab vermədiyinə görə qarşı tərəfin mövqeyini ala bilmədik. Hadisə ilə bağlı DYP-nin mövqeyini öyrənib əlavə məlumat verəcəyik.

    Bizimyol.info
    loading...