• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Avropa İttifaqı ilə sosial sahədə 12 böyük layihə icra olunur

“Bu gün açılış mərasimini etdiyimiz tvininq layihəsi ikinci fazadır. Birinci fazanı 2017-2019-cu illərdə eyni həmkarlarmızla çox uğurla icra etdik. Nəticədə bir çox yeniliklər ortaya çıxdı. Növbəti dövrdə əsas hədəf olaraq bir neçə istiqaməti müəyyən etmişik. Düşünürəm ki, həmin layihə çərçivəsində ən yaxşı təcrübəni ölkəmizə gətirə biləcəyik”.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda pensiya islahatlarına dəstək - Faza 2" Aİ tvininq layihəsinin açılış mərasimində deyib.

“Birinci ana hədəfimiz elektronlaşmanın davam etməsi olacaq. Ailə başçısını itirməyə görə, xüsusi güzəştli şərtlərlə pensiya alan vətəndaşların pensiya təyinatının elektronlaşması istiqamətində bu layihə çərçivəsində birgə əməkdaşlıq edəcəyik. Müxtəlif ölkələrdə həmin xüsusi kateqoriyadan olan insanların pensiya təyinatının hansı şəkildə, hansı hüquqi normativ aktları dəyişdikdə, hansı formatda elektronlaşa biləcəyi təcrübəsini öyrənəcək və ölkəmizdə ən uyğun həmin modelin tətbiqinə çalışacağıq. Digər yandan pensiya sisteminin çox böyük maliyyə mexanizmi olduğunu nəzərə alaraq daimi aktuar modellərin yenilənməsi üzərində işləyəcəyik”, - deyə nazir bildirib.

O, həmçinin bildirib ki, Azərbaycanda 2050-ci ilə qədər əhalinin dinamikası və onun pensiya sisteminə təsirinə dair ciddi təhlillər aparılıb: “Əhalinin yaş nisbəti, cins nisbəti, işləyən şəxslərlə işləməyənlər arasındakı nisbətlərin 2050-ci ilə qədər dinamikasını müəyyən etmişik. Bu layihə çərçivəsində bir daha həmin aktuar modellərin üzərindən keçəcək, onları təkmilləşdirməyə çalışacağıq. Eyni zamanda, müxtəlif strateji təhlillərin həyata keçirilməsi, məlumat bazalarının formalaşdırılması, uzunmüddətli dövr üzrə keyfiyyət və kəmiyyət analizlərinin aparılması da layihə çərçivəsində qarşımızda duran hədəflərdən biridir”.

S.Babayevin sözlərinə görə, Avropa İttifaqı ilə layihələr üzrə çox sıx əməkdaşlıq mövcuddur: "Bu günədək 7 tvininq və texniki dəstək layihələri həyata keçirilib. İkisi davam edir. Daha iki layihə yol xəritələrimizdə var. Ümumilikdə 12 böyük layihə icra olunur ki, bunun böyük əksəriyyəti tvininqdir, bir hissəsi isə texniki dəstək layihələridir. Bununla yanaşı bir sıra layihələr də icra ediləcək. Bu kimi əməkdaşlıq bizə imkan verir ki, müxtəlif istiqamətlərdə ən qabaqcıl təcrübəni ölkəmizə gətirək".
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →