• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

Aleksandr Şarovskinin 75 illiyi münasibətilə Rus Dram Teatrında premyera

Fevralın 10-11-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında İsaak Babel və Şolom Aleyxemin əsərləri əsasında hazırlanmış “Benya “Kral” və başqaları” tamaşasının premyerası olacaq.

AZƏRTAC xəbər verir ki, tamaşanı səhnələşdirən Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovskidir.

Bədii tərtibat Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, xoreoqrafiya Xalq artisti Fuad Osmanova məxsusdur. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Tamaşaya teatrın bütün aktyorları cəlb olunub.

Premyera teatrın baş rejissoru Aleksandr Şarovskinin 75 illik yubileyinə həsr olunub.

Biletləri teatrın kassalarından, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →