• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq

Azərbaycanın müasir tarixinə faciəli günlərdən biri kimi daxil olan xalqımızın qəhrəmanlıq salnaməsi, eləcə də milli müstəqillik və azadlıq uğrunda mübarizəmizin rəmzinə çevrilən 20 Yanvar faciəsindən 33 il ötür. Bu münasibətlə yanvarın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanmış “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nakam məhəbbət haqqında olan ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstan Respublikasının tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Qeyd edək ki, səhnə əsərində əsas obrazları Əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Anar Səfiyev, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Rəşad Səfərov, Ədalət Əbdülsəməd, Hüsniyyə Əhmədova, Yasəmən Malik, Rövşən Abbasov və başqaları canlandıracaqlar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →