• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Almaniya Ukraynaya “Leopard” tankları verməyəcək

Almaniya Ukrayna Silahlı Qüvvələrinə birtərəfli qaydada “Leopard” tankları verməyəcək.

AZƏRTAC “RND” nəşrinə istinadla xəbər verir ki, bunu Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl bildirib.

Siyasətçinin sözlərinə görə, hazırda heç bir ölkə Kiyevə “Leopard 1” və ya “Leopard 2” kimi ağır tanklar vermir. Eyni zamanda, Rusiya dəfələrlə Qərb dövlətlərinin Ukraynada döyüşən tərəf olduğunu bəyan edib. "Beləliklə, amerikalılar, fransızlar və həmçinin federal hökumət olaraq bu müharibəyə cəlb ediləcəyimizlə bağlı daim düşünsək düzgün olardı”, – deyə partiyanın həmsədri vurğulayıb.

Eyni zamanda L.Klinqbayl qeyd edib ki, Qərb Kiyevə dəstəyi zəiflətməməkdə qərarlıdır. Onun sözlərinə görə, Ukraynaya piyadaların döyüş maşınlarının tədarükü Qərb dövlətləri tərəfindən razılaşdırılmış dəstək siqnalıdır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →