• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Azərbaycan kikboksçuları cari ildə beynəlxalq yarışlarda 101 medal qazanıblar

Azərbaycan kikboksçuları 2022-ci ildə beynəlxalq yarışlarda 101 medal qazanıblar. Bunlar əyar baxımından 27 qızıl, 25 gümüş və 49 bürünc medaldır.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk sınaq xarakterli yarış mayın 13-15-də İstanbulda yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında keçirilmiş VII açıq dünya kuboku turniri olub. Pandemiyadan sonra ilk beynəlxalq yarışda iştirak edən kikboksçularımız qardaş ölkədən 49 medalla qayıdıb. Bu medalların 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan turniri 5-ci sırada bitirib.

Daha sonra kikboksçularımız ilk dəfə Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarına qatılıblar. Avqustun 16-18-də baş tutmuş kikboksinq yarışlarında 24 idmançı ilə təmsil olunan Azərbaycan İslamiadanı 15 medalla tamamlayıb. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si bürünc medal olub. Yekun sıralamada milli kikboksinq yarışlarında ilk “3-lüy”ə düşüb. Komandamız yalnız meydan sahibi Türkiyə və Qazaxıstandan geri qalıb.

Oktyabrın əvvəllərində uşaq, yeniyetmə və gənclər arasında İtaliyanın Yezolo şəhərində keçirilmiş dünya çempionatında isə tarixi nəticəyə imza atılıb. Hikmət Hacıyevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk dəfə 20 medal (7 qızıl, 6 gümüş, 7 bürünc) qazanıb.

Azərbaycan kikboksçularının WAKO təqvimində yer alan, iştirak etdiyi son yarış da qardaş ölkədə baş tutub. Noyabrda Antalyada keçirilmiş böyüklər və veteranlar arasında Avropa çempionatında da kikboksinq millisi uğurlu çıxışla yadda qalıb. Belə ki, Elşən Abdulrəhimovun baş məşqçisi olduğu yığma komanda qitənin mötəbər turnirini 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medal olub.

Bundan başqa, postpandemiya dövründə qurum 3 daxili yarış keçirib. Bunlar böyüklər arasında XXVI Azərbaycan çempionatı (20-22 may), gənclər və yeniyetmələr arasında XXVI ölkə birinciliyi (1-3 iyul) və respublika kuboku (6-9 dekabr) yarışlarıdır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →