Xəbər lenti
Axtar

Naftalan şəhərində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olundu.

07 Şub 2015, 23:53   
    234
Naftalan şəhərində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olundu.

07.02. 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri, Naftalan şəhərində yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyyəti iştirak etmişdir.Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən natiqlər Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsindən, Mübariz İbrahimovun hər bir gəncə örnək olacaq ömür yolundan danışdılar. Tədbir məktəblilərin ifasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş bədii kompazisiya ilə davam etdirildi.Sonda Mübariz İbrahimova həsr olunmuş film nümayiş etdirildi.