• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Qardaşım Əjdər Ola 115 min manat rüşvət verəndən sonra əsəbdən rəhmətə getdi - Şahid

Qardaşım Əjdər Ola 115 min manat rüşvət verəndən sonra əsəbdən rəhmətə getdi - Şahid

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Rasim Qocayev deyib ki, Binəqədi Gənclər Şəhərciyində binaların tikintisi ilə məşğul olan şirkətin kommunal nəzarət şöbəsinin rəisi olub, mənzilləri tikib sahiblərinə təhvil veriblər.

Dövlət büdcəsindən 4 milyon 577 min manat vəsaitin Rasim Qocayevin şirkətinin balansına köçürülməsinə münasibət bildirən şahid deyib ki, mənzillərin satılmasına mərhum deputat Rəfail Cəbrayılov və qardaşı Elşən Cəbrayılov nəzarət edib, dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər: "Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum. 2015-ci ildə 46 ev, sonrakı illərdə isə 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil vermişik".

Özünün və qohumlarının adına şirkətlər yaratdığını deyən digər şahid Qabil Musayev isə bildirib ki, nazirliyin elan etdiyi tenderlərdə qalib olub. Müqaviləyə əsasən Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikilib. Hər evə görə, nazirliyin Tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova 5 min manat verib.

Prosesdə şahid qismində dindirilən, xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin Daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov bildirib ki, hər illik plan üzrə şöbə və müəssisəllərdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb: "Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün pul təklif ediblər. Mən də aldığım həmin pulları şöbənin müdiri Soltan Hacıyevə vermişəm".

Nizami Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı göstəridkləri düzgün yazıldığını deyib.

Prosesdə ifadə verən sonuncu şahid Namiq Şəmiyev isə deyib ki, qardaşı Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işləyib. Nazirliyin aparat rəhbəri olmuş Əjdər Cəbiyev onun qardaşından 115 min manat rüşvət alıb: "Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. Daha sonra isə yenə 40 min, sonda isə 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda Əjdər Ola verib. Bundan sonra qardaşımda əsəb-stress yarandı, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Ol da əvvəllər mənə deyirdi ki, "şikayət etməyin, hər şey qaydasında olacaq, narahat olmayın, pulunuzu qaytaracam". Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O, bizi təhqir etdi".

Növbəti proses dekabrın 12-nə təyin olunub.

Xatırladaq ki, Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →