• 22:33 – Vətən sevgisi 
  • 20:50 – Makronun Bakıdakı səfirini bu tərzdə çağırması… - Video 
  • 20:37 – Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. 
  • 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 

Dağlıq ərazilərdə qar yağıb

Dağlıq ərazilərdə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Altıağacda 7 sm, Qaxda 1 sm olub.

Düşən yağıntının miqdarı Lerik, Şamaxı, Ağdam, Göygöl, Lənkəran, Göytəpə, Ağdərə (Ordubad), Şəmkir, Qəbələ, Şabran, Beyləqan, Cəfərxan, Astara, Qobustan, Yardımlı, Altıağac, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Tovuz, Oğuz, Zaqatala, Şəki, Qax, Ağsu, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabadda 5.0 mm-dək, Bakıda və Abşeron yarımadasında Pirallahıda 10.0 mm, Maştağa, Binədə 8.0 mm, Bakıda 7.0 mm, Sumqayıtda 5.0 mm-dək olub.

Bu gün ölkə ərazisində səhər saatlarından başlayaraq yağıntılar kəsilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →