• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Azərbaycanla Qazaxıstan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin xüsusi əhəmiyyəti vardır.

Azərbaycanla   Qazaxıstan  arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin xüsusi əhəmiyyəti vardır.


24 avqust 2022 ci il tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.O, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparıb.Səfər zamanı ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına yönəlmiş bir sıra mühüm sazişlər imzalanıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu xarici siyasət kursunun prioritetlərindən birini Türk dövlətləri ilə sıx əlaqələrin qurulması və inkişaf etdirilməsi təşkil edir. Bu istiqamətdə Azərbaycan və Qazaxıstan arasında 90-cı illərin əvvəllərində qurulan, Ümummilli Lider Heydər Əliyev və Qazaxıstan Respublikasının keçmiş Prezidenti Nursultan Nazarbayevin dövründə inkişaf etdirilən münasibətlər hazırda yeni bir müstəvidə daha da uğurla davam etdirilir.
Hər iki dövlət öz xarici siyasətlərində, iştirak etdikləri aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir. İki ölkə arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. Azərbaycan və Qazaxıstanın müvafiq qurumları artıq bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı, iki ölkənin siyasi, iqtisadi, ticari və mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi əsas müzakirə mövzusu olub.
Qardaş ölkələr arasında çoxtərəfli münasibətlərin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilmişdir.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək.
Bu sənədlərin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir.
Həmin sənədlərdən “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti var. Bu sənəd onu göstərir ki, hər iki ölkə təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqdirlər. Bəyannamə iki ölkə arasında qurulan əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyətlər üçün çox ciddi baza kimi xidmət edəcəkdir.
Birgə Bəyannamədə həmçinin Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaqdır. Eyni zamanda qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunu və qardaşlığını təsdiq edir və Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiyməti təcəssüm etdirir.
Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan ,, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. Bu iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq.
Qazaxıstan prezidentinin Bakıya səfərinin ölkələrin ikitərəfli əməkdaşlığına yeni təkan verəcəyi gözlənilir.
Bu səfər nəticəsində iki ölkə arasında əməkdaşlıq daha da möhkəmlənəcək, imzalanmış ikitərəfli sənədlər iqtisadi və siyasi əlaqələrin inkişafına töhfə verəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →