Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Vəliəhddən inanılmaz qərar: Bu borclarını özü ödəyəcək
  • Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”
  • Dünya bunu da GÖRƏCƏK: 30 yaşa qədər…
  • Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR – Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR
  • Gecəni qəribə səslər gələn tuneldə keçirdi və... - Video
  • "Viaqra"nı tarixə qovuşduran İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə
  • Xankəndi-Şuşa kanat yolunun tikintisinə başlanacaq - Xeyriyyə fondları hesabına
  • Prezidentin Naxçıvandan İrəvana mesajı: Ordu hazırdır
  • Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu
  • İsraildən gələn kamikadzelər Ərdoğanı öldürəcək - Şok iddia
  • “Instagram”da “like”lar pullu ola bilər
  • Alpinistlərin meyiti Patoloji Anatomiya Birliyinə aparılır
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı - Video
  • "Qarabağı qarabağlılar qorusun"- Qızını erməniyə verən diaspor sədri
  • Yaxın 3 gündə hava kəskin soyuyacaq
  • Fərəh xanımın etimadı doğruldacağına əminəm!
  • “Yaxında bayrağımız Xankəndidə dalğalananacaq” – Prezidentin köməkçisi
  • “181 ölüyə pensiya yazılıb” – Səlim Müslümovun yoxlanılmasının rəsmi nəticəsi açıqlandı
  • XOŞ GƏLDİN DƏNİZ, AD GÜNÜN MUBARƏK
  • Günün ulduz falı:
  • Orucla bağlı şokedici faktlar
  • Prezident pasport və şəxsiyyət vəsiqəsi ilə bağlı ard-arda fərman imzaladı - DƏYİŞİKLİK
  • Ən seksual qoxular – 5 saniyəyə temperaturu artırır
  • Elmdə orucluqla bağlı sübut olunmuş ŞOKEDİCİ FAKTLAR - Alimlərdən MÜDHİŞ RƏYLƏR
  • Əhaliyə son dəqiqə xəbəri - Millət hazır ol!
  • 30 Ock 2015, 08:50   
        280
    Bakıda avtobus sürücülərinin etirazı (VİDEO)

    Yolun bərbadlığı üzündən avtobuslar son dayanacağa getməkdən imtina edir.

    XEBERTV.AZ -ın məlumatIna görə, bu vəziyyət daha çox sakinləri narahatlığına səbəb olub.

    Sabunçu rayonunun, Ramana qəsəbəsinə xidmət göstərən 49 saylı sərnişin avtobusunun sürücüləri, marşurutun son dayanacağına, yəni Qəzənfər Əfəndiyev küçəsinə getməkdən imtina edir. Səbəb isə həmin istiqamətdə yolların bərbad olmasıdır. Deyirlər yollarda o qədər çuxurlar var ki, hərəkət etmək mümkün deyil: "Hələ yağış yağanda vəziyyət daha dözülməz olur. Yolun asfalt qatı tamamilə sıradan çıxıb. Qazancımızın da yarısı avtobusun təmirinə gedir".

    Az keçmədən ərazidə yaşayan sakinlər də sürücülərin etirazına qoşuldu. Onlar bildirdi ki, bu sürücülərin yolla bağlı ilk narazılığı deyil.

    “23 nömrəli sərnişin avtobusu yolları bərbad olması səbəbindən fəaliyyətinin dayandırıb. İndi də 49 nömrəli avtobus da fəaliyyət göstərməkdən imtina edir. Bizə bildirirlər ki, yollarınız bərbad vəziyyətdədir işləyə bilmirik. Aidiyyatı qurumlara şikayət edin yollarınızı təmir etsinlər, ondan sonra biz dəçalışaq” – deyə şikayətçi Ülkər Məhərrəmova bildirib.

    “Yollarımız tamamilə dağılıb. Asfalt elə vurublar ki, indi asfaltdan əsər- əlamət qalmayıb. Asfaltın altında olan hər şey üzə çıxıb, pis vəziyyətdədir yollarımız” – deyə şikayətçi Novruz Nəsibov vurğulayıb.

    Sakinlərin sözlərinə görə, sonuncu dəfə bu yol bir neçi il bundan əvvəl təmir edilib. O vaxt da kanalizasiya xətlərində yaranan problemlər yolu sıradan çıxartmışdı. Amma vurulan asfalt qatı bir neçə ay tab gətirib. Deyirlər ki, dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Amma gəlib maraqlanan yoxdur. Bu zaman əraziyə 49 nömrəli marşurutun dispetçiri də gəldi. O, yollar təmir olunmadığı təqdirdə, marşrutların xətdə buraxılmağının mümkün olmayacağını bildirdi.

    “Avtobusar yarasız hala düşür. Avtobuslar bir dövrə vurduqdan sonra ikinci dövrədə məcburən avtobus parkına təmirə getsin. Təkrar təmir olunsun ki, xəttə çıxsın. Məsələn, səhərə sürücü tapıb işlədə bilmirəm. Sürücü evinə pul apara bilməyəndən sonra səhər mən onun işə yaza bilmirəm. İstər-istəməz nəticədə sərnişinlərlə problem yaşanır. Biz də insanıq. Əgər aidiyyatı qurumlar bununla bağlı lazımi bir tədbir görməsəslər, burda işləmək qeyri-mümkündür “ - deyə 49 saylı marşurutun dispetçeri Nizami İbrahimov qeyd edib.

    Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirdilər ki, artıq Qəzənfər Musabəyov küçəsilə yanaşı, daha iki küçənin yolunun təmir edilməsilə bağlı “Azəryolservis” ASC-ə müraciət edilib. Yaxın bir neçə gündə problemlə bağlı işlərə başlanılacaq.
    menbe
    ANS TV

    loading...