• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Azərbaycanda ilk dəfə “Qadın Liderlər Forumu” baş tutub

Azərbaycanda ilk dəfə “Qadın Liderlər Forumu” baş tutub

EKVİTA-nın təşkilatçılığı və baş sponsorluğu, “Coca-Cola” Azərbaycanın sponsorluğu ilə “Qadın Liderlər Forumu” keçirilib.

Forum müasir cəmiyyətimizdə gender stereotiplərinin qırılması və qadınların biznes, hüquq kimi müxtəlif sahələrdə artan rolu haqqında 2 panel müzakirə əsasında formalaşıb.

Daha çox biznesdə qadınların rolunu vurğulayan birinci paneldə idarəetmədə bərabər iştirak hüququ, qadın rəhbərlər və onların üzləşdiyi çətinliklər müzakirə mövzusu olub. İkinci panel zamanı isə hüquqda kifayət qədər öz sözünü demiş panelistlər tərəfindən qadınların rolunun gücləndirilməsi, korporativ idarəetmədə iştirak və dövlət dəstəyi proqramları haqqında diskussiyalar aparılıb.

Forum çərçivəsində həmçinin inklüzivliyə dəstək məqsədi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin xanım üzvlərinin hazırladığı əl işlərindən ibarət sərgi də keçirilib. Forumun ikinci yarısı klassik musiqinin müşayiəti altında netvörkinq şam yeməyi ilə sonlandırılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →