• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Hava şəraiti dəyişəcək, temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək, temperatur aşağı düşəcək - XƏBƏRDARLIQ

“Mart ayının ilk 5 günündə düşən yağıntı aylıq normanın 25-50 faizini təşkil edib. Sanki mart fevralda olan yağıntı çatışmazlığını kompensasiya etməyə çalışır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, mart ayının ilk günlərində Aralıq dənizi siklonu bol yağıntı gətirib:

“Ötən günlər ərzində düşən yağıntı Abşeronda 36 faiz, ölkənin şimalında isə aylıq normanın yarıdan çoxunu təşkil edib. Böyük və Kiçik Qafqazın dağ çaylarında suyun səviyyəsi 7-10 sm, Kürün yuxarı axında isə 26 sm yüksəlib.

Təəssüf ki, güclü qərb küləyi də iz qoymadan keçməyib. Mart ayı həmişə qeyri-sabit havası ilə seçilib və dəfələrlə bizi günəşli isti hava ilə “aldadaraq” qəfil yaxalayıb. İlkin proqnozlara görə, bu ayın ikinci ongünlüyündə də hava şəraiti sürprizlərsiz keçməyəcək”.

Xidmət rəisi qeyd edib ki, yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağını gözləsək də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq:

“Temperatur hətta Abşeronda belə fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək. İkinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →