Parlamentdə dava salan erməni deputat saxlanıldı

Ermənistan parlamentinin “Hayastan” adlı fraksiyasından olan deputatı Mger Saakyan baş vermiş dava-dalaş olayına görə saxlanılıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, deputata qarşı cinayət işi başlanılıb, şahid ifadələri alınıb və lazımı istintaq hərəkətləri keçirilir.
Vurğulanıb ki, Ermənistan parlamentinin sədri Alen Simonyana deputatın saxlanılması ilə bağlı məlumat verilib.