Xəbər lenti
Axtar
28 Kas 2022, 21:16   
    199
"Gigiyenanın həyatımızda rolu" layihəsinin təlimləri davam edir

"Gigiyenanın həyatımızda rolu" layihəsinin təlimləri davam edir
BAKI-XEBERTV.AZ
21 oktyabr 2022-ci ildə Cəbrayıl rayonu 10 saylı tam orta məktəbində “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”-nin fərdi kateqoriyası üzrə qalib olmuş "Gigiyenanın həyatımızda rolu" layihəsinin açılış mərasimi keçirilib. Cəbrayıl rayon 10 saylı tam orta məktəbində baş tutan tədbirdə layihənin rəhbəri Əfsanə İbrahimova iştirakçılara layihənin məqsədi, vəzifələri, təşkil olunacaq təlimlərin zamanı və məkanı haqqında geniş məlumat vermişdir. O, qeyd edib ki, layihənin əsas məqsədi məcburi köçkün orta ümümtəhsil məktəblərinin şagirdlərinin sağlam həyat tərzinin və yüksək məişət-gigenik mədəniyyətin formalaşmasına və qida təhlükəsizliyinə xidmət edən maarifləndirmə işinin təşkilidir. Bir vəzifə olaraq isə uşaqların sağlamlığının möhkəmləndirilməsində, əqli və fiziki cəhətdən inkişafına xidmət edən bir sıra maarifləndirmə tədbirlərinin həyata kecirilməsi nəzərdə tutulmuşdur. Bu zaman yüksək sanitariya mədəniyyətinin formalaşdırılmasına xidmət edən məşğələlər vasitəsi ilə məişət gigiyenası və qida təhlükəsizliyi ilə bağlı uşaqların sağlam həyat tərzinin formalaşmasına xidmət edən maarifləndirmə işləri aparılacaq.
Açılış mərasimində Cəbrayıl rayonun Təhsil Sektorunun aparıcı məsləhətçiləri Ağabala Əliyev, Xəzər Səmədov çıxış edərək, layihənin əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulamışdır. Layihənin təlimçisi Sevinc Məhərrəmova təlimlərdə keçiriləcək mövzular, təlim proqramı haqqında iştirakçıları məlumatlandırmışdır. Sonda layihədə iştirak edəcək şagirdlərin fikirləri və təklifləri dinlənilmişdir, onları maraqlandıran suallar cavablandırılmışdır.
Layihənin təlimləri hal-hazırda Cəbrayıl rayon 10 saylı , Tatar kənd tam orta məktəbində 3 qrup üzrə həftədə bir dəfə olmaqla keçirilir.















loading...