Xəbər lenti
Axtar
06 Kas 2022, 19:43   
    126

ŞƏHİD TEYMUR RƏSULOVUN ANIM GÜNÜ VƏ FİLOSOF YUNİS DÜRÜSTÜN ÇIXIŞI. YENİLƏNİB

ŞƏHİD TEYMUR RƏSULOVUN ANIM GÜNÜ VƏ FİLOSOF YUNİS DÜRÜSTÜN ÇIXIŞI. YENİLƏNİB

BAKI-XEBERTV.AZ

Ekran görüntüsü (1274).png

21 oktyabr 2020-ci il- mütəfəkkir-şəhid Teymur Rəsulovun torpağa tapşırıldığı gündür.



Onun döyüş seyri, belə oldu: Füzuli, Cəbrayıl, Xocavənd və ən nəhayət…. Şuşaya yol açılır. Artıq estafeti digərlərinə ötürmək olar.



Oktyabrın 18-i Şuşa-Hadrut yolunda, düşmənin xain minaatan hücumuna məruz qalan T. Rəsulov, missiyasını bitirərək, dünyanı tərk edir. Ön xətdə verilən qurbanların hesabına, yol açılır və müqəddəs nəş, 3 gün sonra torpağa əmanət edilir.



Teymur Rəsulov 2-ci Vətən Müharibəsinə könüllü və ciddi israrlardan sonra qatılmışdı. O vaxta qədərsə, intellektual və fədakar insan kimi fərqlənmişdi, cəmiyyətə bacarıqlı bir mühəndis kimi və ağıllı düşüncələrlə xidmət etmişdi. Teymur bir sıra dəyərli məqalələrin, esselərin və şeirlərin müəllifidir. Özüylə, yarımçıq qalan bir romanını və sinəsində, çoxlu fikir xəzinələrini apardı.



Qeyd edək ki, "Teymur Turan" imzalı şəhidin, əldə olan əsərlərindən və onun barədəki xatirələrdən ibarət "Qürub Vaxtı" kitabı, bu il ailəsi tərəfindən nəşr edilmiş və geniş təqdimatı keçirilmişdi.



Həmçinin, şəhidin, müharibə başlayan gün yazdığı dramatik bir məqaləsi əsasında, maraqlı bir kompozisiya da hazırlanıb. “Öz Əsərinin Qəhrəmanı Olan İgid” adlı qısa filmin müəllifi olan filosof Yunis Dürüst, şəhid və şəhidliyin mahiyyəti barədə maraqlı fikirlər bildirib.



Cəmi bir neçə həftə öncə, yeni şəhidlər dalğasını qarşılayan cəmiyyətimiz üçün bu mövzunun aktuallığını nəzərə alaraq, gənc alimin çıxışını və sujeti ictimaiyyətə təqdim edirik.



https://www.youtube.com/watch?v=s1E0VBDJTqM
loading...