Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • 19 Eyl 2022, 19:13   
        90
    BAKİ-XEBERTV.AZ

    Göyçayın şəhidi Fərid Mövsümovun ad günü qeyd olundu


















    Göyçayda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Zakir oğlu Mövsümovun ad günündə Göyçay şəhər şəhidlər xiyabanında, təhsil aldığı məktəbdə və adına verilən küçədə ehtiramla yad olunub.

    Mərasimdə rayon icra hakimiyyətinin məsul şəxsləri, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların rayon ictimayi nəzarət komisiyasının üzvləri, dindarlar, KİV-in əməkdaşları, sahibkar, AGE MMC- nın nümayəndəsi İkram Əəkbərov,"Bolluq" ticarət şəbəkəsinin rəhbəri Seymur Abdullayev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

    44 günlük Vətən müharibəsi zəfər tariximizin ən şanlı səhifələrindəndir. Bu tarix və qazanılan qələbə hələ uzun illər Azərbaycan hərb elminin uğuru kimi tədqiqt mövzusu olaraq araşdırılacaq, eyni zamanda ümumtəhsil məktəblərində tədris edilərək , dərindən öyrəniləcəkdir.

    Torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış Vətənin qeyrətli oğulları isə bu tarixin ölməz müəllifləri kimi xalqın yaddaşında əbədi yaşayacaq.

    Hazırda şəhid adlarının əbədiləşdirilməsi bu sırada ən öndə dayanan məsələlərdəndir. Azərbaycanın bütün bölgələrində,o cümlədən Göyçay rayonunda şəhidlərə xüsusi ehtiram əlaməti olaraq,Vətən aşiqlərinin adlarının əbədiləşdirilməsi işi davamlı olaraq aparılır.

    Şəhid Fərid Zakir oğlu Mövsümov 1987-ci ildə Göyçay şəhərində anadan olub. Gənc yaşlarında miliyətcə Ləzgi olan valideynlərini itirən Fərid qohumlarının himayəsində böyüyüb. Vətənpərvərlik hissi o qədər güclü olub ki,daim mübarizəyə can atıb. Kəşfiyyatçı kimi düşmənin çirkin niyyətlərinin açılmasında peşəkarlıq göstərib.

    Şəhidin xiyabanı ziyarət olunaraq, şəhidin məzarı üzərinə tər qərənfillər düzülərək, ruhu ehtiramla yad olunub. Sonra şəhidin adına təhsil aldığı Göyçay şəhər Ziya Bünyadov adına 3 №-li tam orta məktəbin girişində Fərid Zakir oğlunun xatirə lövhəsinin açlışı olub.


























    Tədbirdə çıxış edən natiqlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhid Fərid Mövsümovun keçdiyi qısa və mənalı həyat yolundan danışıb, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər. “Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci bəxş edən şəhidlərimizi daim qəlbimizdə yaşadaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.”

    Tədbirdə şəhidin şərəfli döyüş yolundan və göstərdiyi şücaətdən danışılıb. Tovuz hadislərində general Polad Həşimovun şəhid olmasından sonra könüllü olaraq rayon Səfərbərlik idarəsində qeydiyyata düşüb. Sentyabrdın 27 də başlayan vətən müharibəsində ilk olaraq Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Fərid Mövsümov müharibədə olduğu zaman ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikası məhv edib. Daha sonra kəşfiyyatçı kimi öndə olub.

    Oktyabrın 30-da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

    Şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.

    Sonra təhsil ocağında şəhidin adına verilən sinif otağında şagirdlərlə görüş keçirilib. Şəhid Fərid Mövsümovun adına verilən küçə ilə tanış olan mərasim iştirakçıları sonda şəhdin adına verilən ehsan süfrəsində iştirak ediblər.

    Bildirək ki, keçən il Göyçayda şəhid Fərid Mövsümovun ad günündə adının əbədləşməsi məqsədi ilə küçə Fərid Mövsümovun şəhid olmamışdan əvvəl işlədiyi AGE Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri hörmətli Fariz Cəlili tərəfindən tam təmir olunub, yenidən qurularaq RİH tərəfinfindən sərəncam verilərək adına verilmişdir. Fərid Zakir oğlu Mövsümov müharibədən əvvəl çalışdığı

    şirkət tərəfindən bu günədək şəhidlik zirvəsinə ucalan Fərid Zakir oğlu Mövsümovun əmək haqqı şəhidin adına təyin olunan fonda köçürülür Şəhid Fərid mövsümovun adına təyin olunan təqaüd təhsil üzrə sətf olunur, Hazırda ali məktəbdə təhsil alan aztəminatlı 3 tələbənin təhsili haqqı təqaüd olaraq ödənilir. Təhsil sahəsində şəhidimizin adına olan təqaüd bundan sonrada təhsil alan kasıb tələbələrə yardım kimi ödənilməsi nəzərdə turulub.


















    Ey Vətən!qeyrətli ogulların var,
    Canından,qanından keçənlərin var.
    Düşməni məhv edib zəfər qazanan,
    Fərid tək igidin,şəhidlərin var!

    Şəhidlik əbədi yaşam deməkdi,
    Daim qalacaqdır ürəyimizdə.
    Vətənin qəhrəman,qeyrətli oglu,
    Əbədi iz qoydu tariximizdə!

    Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Fərid Mövsümov oktyabrın 30-da şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

    Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.





























    loading...