Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • 04 Ağu 2022, 20:49   
        214
    II Qarabağ müharibəsinin qazisi niyə 5 aydır həbsdədir?

    II Qarabağ müharibəsinin qazisi niyə 5 aydır həbsdədir?

    II Qarabağ müharibəsinin qazisi, 44 günlük Vətən müharibəsinin döyüşçüsü Xəzər rayonu Qala qəsəbəsinin sakini Samir Hacıağa oğlu Şahbazov 5 aydır həbsdədir.

    Qazinin atası Hacıağa kişinin bildirdiyinə görə, Samir 2022-ci il mart ayının 12-də qohumlarının evinə Xırdalan şəhərinə qonaq gedib. Yolda, daha dəqiq desək Saray qəsəbəsinin yaxınlığında iki şübhəli şəxsin və post-patrul xidmətinin iştirakı ilə mənim oğlum həbs olunub. Narkotik maddənin istifadəçisi adı ilə Samir Şahbazov qanunsuz olaraq həbs olunuraq, şiddətli işgəncələrə məruz qalıb. 5 ay davam edən istintaq tamamilə sübut edib ki, II Qarabağ müharibəsinin qazisi Samir Şahbazova qarşı irəli sürülən ittihamlar saxtadıdır, əsassızdır. Keçirilmiş narkotestin nəticələri bir daha sübut edir ki, Samir heç vaxt belə uyuşdurucu maddələrdən istifadə etməyib.

    Qazinin atası Hacıağa kişi daha sonra qeyd edib ki, mən bir sıra yerlərə müraciət etdim. Daxili İşlər Nazirliyində olub bəzi şəxslərə bu məsələnin mahiyyətini vəkillə birlikdə izah etdik. Bizə bildirdilər ki, yaxın müddətdə oğlunuz azad olunacaq. Ancaq nədənsə məsələ uzanır. Mən bu işi aparan Abşreron rayon polis idarəsinin müstəntiqi Kərim Xələfovdan narazıyam. Çünki həmin müstəntiq işi obyektiv aparmır. Çox aydın şəkildə sübut olunub ki, mənim oğlum Samir Şahbazova qarşı yönəlmiş bütün ittihamlar əsassızdır.

    Qazinin atası sonda onu əlavə etdi ki, Samir II Qarabağ müharibəsinin qazisidir, 44 gün kişi kimi döyüşüb, yaralanıb, kontuziya alıb. Döyüş şücaətinə görə, bir sıra medallar alıb. Bu gün ona qarşı bu ədalətsiz ittihamlardan sonra o, intihar etmək istəyir. Ona görə, mən bütün ictimaiyyətdən, mediadan bu məsələyə həssas yanaşmağı xahiş edirəm. Mən öz əlaqə mob. nömrəmi bura qeyd edirəm. (051-621—72-92) Hər kəsdən kömək gözləyirəm.

    Biz medianın prinsiplərinə sadiq qalaraq qarşı tərəfin, Abşreron rayon polis idarəsinin müstəntiqi Kərim Xələfovun mövqeyini işıqlandırmağa hazırıq.

    Fact-info.az
    loading...