Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 26 Oca 2022, 22:53   
        188
    1-ci Qarabağ müharibəsindən bəri itkin düşənlərin sayı AÇIQLANDI

    BAKI-XEBERTV.AZ

    Birinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın 3 890-a yaxın vətəndaşı itkin sayılır.

    Bunu "Trend"ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

    O bildirib ki, itkinlərin taleyi ilə bağlı Azərbaycan tərəfi illərdir beynəlxalq səviyyədə iş aparır.

    "Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq çağırışlara məhəl qoymayaraq beynəlxalq faktaraşdırıcı missiyanın o zaman işğal altında olan Azərbaycan torpaqlarına girməsinə və bu məsələni araşdırmasına imkan vermirdi. Amma Azərbaycanın Baş Prokurorluğu, Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsiylə birlikdə genişmiqyaslı iş aparıb. İtkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji test və DNT nümunələri götürülüb ki, gələcəkdə aşkar olunacaq cəsədlərin eskumasiyası zamanı onların şəxsiyyətləri müəyyənləşdirilsin. Bu illər ərzində Azərbaycanın müxtəlif bölgələrində naməlum məzarlıqlar aşkar edilb. Onların eskumasiyası həyata keçirilib. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdikdən sonra axtarışlar daha da aktiv fazaya keçdi. Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zaman naməlum kütləvi məzarlıqlar aşkar edildi. İndiyə kimi saxlanılan DNT bankından bioloji nümunələrlə uzlaşdırılaraq həmin cəsədlərin kimlikləri müəyyənləşdirilir.

    Kəlbəcərin Ballıqaya ərazisində ötən il kütləvi məzarlıq aşkar edilib. Növbəti belə məzarləq Şuşanın Daşaltı kəndində aşkarlanmışdır. 1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirmişdir. Onlardan 30 nəfərə yaxını itkin düşmüş sayılırdı və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı. Ötən ilin fevral ayında Daşaltı kəndində həyata keçirilən axtarış tədbirləri nəticəsində naməlum cəsəd qalıqları aşkar edilib və onlar məhkəmə tibbi-ekspertizaya götürülüb. Onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlı hazırda işlər aparılır”, - deyə Ə.Şahidov bildirib.
    loading...