Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 12 Ara 2021, 22:37   
        308

    BAKI-XEBERTV.AZ
    Ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır . İnsan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasında kı münasibətlərdə təzahür edir, təmənnasız, heçbir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır.
    Hələ ən qədim yazılı abidəmiz olan "Avesta"da həyat xeyirlə-şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu öz əməlidir.
    Həyat yaxşı insanlardan xali deyil.
    Mən bu yazımda Bakı şəhəri Şüvəlan qəsəbəsində yaşayan xeyirxah, humanist, qayğıkeş bir insan haqqında, onun kənd əhalisinə, onların həyat şəraitinə müsbət təsir göstərən əməllərindən bəhs etmək istəyirəm. O şəxs Hacı İntiqam Atayev Ağahəci oğludur. İntiqam Atayev olduqca zəhmətkeş və əməksevər bir insandır. O, uzun illər tutduğu xeyirxah əməlləri ilə kəndin əhalisinin hörmətini qazanmış , hər kəsin sevimlisinə çevrilmişdir. Çətin və gərgin zəhməti bahasına əldə etdiyi qazancı tək ailəsinə deyil, bütün bayramlarda şəhid ailələrinə, kimsəsizlərə, aztəminatlı ailələrə paylaşır, ehtiyacı olan hər kəsin çətinliyinin aradan qaldırılmasına köməklik göstərir.
    İntiqam Atayevin xeyirxahlığı, insanpərvərliyi bununla bitmir. O, böyük arzularla yaşayır, neçə-neçə ailənin sevincinə səbəb olub, əziz günlərdə onların qəlbində ümid işığı yandırıb. Belə insanın təbii ki, el içində hörmət və nüfuzu heç kimin diqqətindən yayınmayır.
    Bəziləri onu çoxdan, lap çoxdan tanıyırlar. Mən isə onu üç ildir ki, tanıyıram. Onu fədakar vətən oğlu kimi tanıdım və sevdim, hətta yaxşı mənada qibtə də etdim. Fikirləşdim ki, ilahi, nə olardı bütün vətəndaşlarımız vətənimizi onun kimi sevə, heç bir qarşılıq ummadan vətən üçün canını fəda etməyə hazır olaydı.
    Diqqətinizə çatdırım ki, Hacı İntiqam Atayev 30 ildən artıqdır ki, ədiblərimizin, şair - yazıçılarımızın, görkəmli musiqiçilərimizin, ictimai xadimlərimizin, igid qəhrəmanlarımızın, şəhidlərimizin mövlud və anım günləri ilə yanaşı milli bayramlarımızı da beləcə heç kimdən bir yardım ummadan yüksək səviyyədə qeyd edir.
    03 noyabr 2021 ci il tarixdə qeyd olunan
    " Qələbən mübarək, Azərbaycan əsgəri ! " adlı ədəbi - bədii gecə də çox təmtəraqla qeyd olundu.
    Bu insan mənim üçün vətən uğrunda mübarizə aparıb, yüksək vətənpərvərlik ruhunu aşılayan mərd Vətən oğullarından biridir.
    Bax beləcə bütün həyatını vətəninə, torpağına, həsr edib İntiqam Atayev. Taleyinə yağışlar yağsa da, baharı qışa dönsə də, çətinliklər dolu kimi üstünə tökülsə də, vətən üçün çıxdığı yolda cavan ömrü solsa da, bu yoldan dönməyib O.
    P.S: Mən, İslam Ələsgərli sizi sevənlər adından sizə cansağlığı arzulayıram, Hörmətli İntiqam müəllim! Buna əmin olun ki, Sizi hamımız çox sevirik. Çünki sizi gözəl edən nə ağ saçınız, nə nurlu üzünüzdür. Sizi fərqli edən və sevdirən hər zaman qəlbinizin vətən üçün vurması, vətənə olan ilahi sevginizin sonsuz olması və bu yolda etdiyiniz fədakarlıqlardır. Siz hər zaman ürəklərdə yaşayacaqsız. Çünki heçkim unudulmur, heçnə yaddan çıxmır...
    Hazırladı: Şair-jurnalist, vokalist İslam Ələsgərli.




    loading...