Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 12 Kas 2021, 13:50   
        144
    BAKİ-XEBERTV.AZ
    Başçının səriştəsizliyinə etiraz edən qazi intihara cəhd etdi... - İLGİNC GÖRÜNTÜLƏR // VİDEO



    DogruXeber.az: - Bir neçə gün öncə yerli mediada belə bir məlumat yayımlandı ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov idarə etdiyi avtomobili ilə bir adam və bir neçə xırdabuynuzlu heyvanlara xəsarət yetirib.

    Ötən yayımımızda da qeyd etdiyimiz kimi hansısa "müəmmalı" səbəblərə görə bir gecədə bu məlumatı yayan saytların bir neçəsi səhəri təkziblə açdı. Hətta, məlumatı yayımlayan digər saytlara da "yalan məlumat" yaydıqlarına görə irad da tutdular.

    Elə həmin "tərəfdarları"na arxayın olan Neftçala rayon İcra Hakimiyyəti daha məlumatla bağlı sorğu göndərən digər xəbər portallarına "abratnı" cavab verməyə lüzum görməmişdilər.

    Bir insanın az qala həyatını itirməsinə səbəb olacaq hadisəni ört-basdır edən İcra Hakimiyyətinin binası önündə daha bir ölümə səbəb olacaq olay yaşanıb.

    Bir neçə gün öncə Qarabağ qazisi Neftçala rayon İcra Hakimiyyətinin binası qarşısında özünə xəsarət yetirib.



    Hansı ki, Kürdəmir rayon Tibbi Ekspertiza idarəsində İbrahim Qubadoğlunun yol qəzasında dünyasını dəyişən həyat yoldaşı və digər iki yaxınının cəsədlərini almaq üçün ondan pul tələb edilmişdi. Hətta, alınmışdı. Özü də 150 manat qiymət oxuyub, sonra biraz "bazarlıq" edib, 100 manata qədər "endirim" də edilmişdi.

    Çox təəssüflər olsun ki, ölkəmizdə qanunlardan çox, qanunsuzluqlar vətəndaşlara "hakim kəsilib".

    yuxarıda da gördüyünüz kimi, bu kimi halların cana doyurduğu vətəndaşlardan daha biri sosial şəbəkələr vasitəsilə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə, Ölkə başçısına, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edərək, sözügedən qanunsuzluqlar barəsində tədbir görülməsini xahiş edir.

    Baş prokurorluq demişkən, redaksiyamız tərəfindən bir çox sahələrdə şahidi olduğumuz qanunsuzluqlar barəsində dəfələrlə Baş Prokurorluğa biz də müraciətlər, sorğular göndərmişik.

    Çox təəssüflə vurğulamalıyıq ki, nədənsə sözügedən bu hüquq mühafizə orqanının əməkdaşları ünvanlanmış müraciətləri ya görmür, ya da görməzdən gəlirlər.

    Həmçinin müraciətdə adı çəkilən daha bir qurum - Səhiyyə Nazirliyinin ümumiyyətlə sanki, "donmuş" fəaliyyəti, eləcə də bu qədər narazı sakinlərin dərdinə dərman ola bilməyən Sumqayıt şəhər İcra Hakimiyyətinin fəaliyyətsizliyi heç də öz biganəliyi ilə bu qurumlardan geri qalmır.

    Elə bu səbəblərdəndir ki, əli hər yerdən üzülən vətəndaşlar sözlərini ölkə başçısına demək üçün üz tuturlar media qapılarına.

    "DogruXeber.az" redaksiyası olaraq, hər zamankı kimi "doğru məlumatları yayımlama" Məqsədimiz Uğrunda Mübarizəmizi davam etdiririk. (YouTube - MUM.TV)

    Redaksiyamız hər kəsin söz haqqını tanıyır.









    loading...