Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 08 Eyl 2021, 14:09   
        76

    BAKI-XEBERTV.AZ
    Bakıda 1984-cü il terroru: Qatil erməni niyə azad edildi?

    Son iki yüz ildə demək olar ki, tariximizin hər səhifəsində erməni terrorçularının xalqımıza yaşatdığı ağrılı-acılı hadisələr var. Erməni terror təşkilatları, eyni zamanda ayrı-ayrı terrorçu ermənilər yalnız Azərbaycanda deyil, Türkiyədə və Avropa ölkələrində terror fəaliyyətləri ilə məşğul olublar. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, bugün özünü humanist göstərməyə çalışan erməni kilsəsi erməni terror təşkilatlarının formalaşdığı ilk məkan olub.

    Ötən əsrin 80-ci illərindən 90-cı ilin ortalarınadək erməni terrorçularının ölkəmizdə aktiv şəkildə terror aktları törətməsi nəticəsində yüzlərlə vətəndaşımız həlak olub və yaralanıb. Belə terror aktlarından biri də Bakının N.Nərimanov prospektində 8 sentyabr 1984-cü ildə Henrix Surenoviç Vartanov tərəfindən tərəfindən törədilib. O, Bakı şəhərində “90-11 AГТ” dövlət nömrə nişanlı 106 nömrəli marşrut avtobusunu partladıb. Aparılan axtarış tədbirləri nəticəsində Henrix Vartanov və Bakı sakini İqor Mixayloviç Malaxovski yaxalanıb. Terror aktı nəticəsində Fatma Surxalızadə Fatma həlak olub, altı nəfər isə yaralanıb.

    1985-ci ilin martında keçirilən məhkəməyə təqdim olunan istintaq sənədlərindən cinayətə hazırlığın 1984-cü ilin iyul ayından etibarən başladığı müəyyən edilib. Vartanov və İqor Mixayloviç dənizkənarı bulvarda görüşərək terror aktının planını qurmağa başlayıblar. İstintaq materiallarında cinayətin intiqam məqsədli olduğu və partlayıcı qurğunun kustar üsulla hazırlandığı öz əksini tapıb. Azərbaycan Ali Məhkəməsinin sözügedən cinayət işi ilə bağlı arxiv materiallarından 1985-ci ildə keçirilən məhkəmə prosesində Vartanovun cinayəti törədərkən “psixoloji durumunun normal olmadığı” haqqında qərar verildiyi və haqqında məcburi şəkildə ruhi xəstəxanaya göndərilməsi hökmünün çıxarıldığı məlum olur. İqor Malaxovskiyə isə 5 il həbsxanada, 10 il isə ciddi rejimli əmək islah düşərgəsində olmaqla 15 il həbs cəzası verilib.

    Qeyd: Yazıda Oleq Kuznetsovun “İrs” jurnalının 2015-ci ildə 1-ci sayının 73-cü nömrəsində dərc olunan "Nərimanov prospektində partlayış. 8 sentyabr 1984-cü ildə Bakıda ictimai nəqliyyatda terror aktı” məqaləsindəki materiallardan istifadə edilib.
    axar.az
    loading...