Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 30 Ağu 2021, 20:10   
        98


    Kəlbəcər məktəbində müəllimlə direktor arasında "soyuq müharibə" ...

    BAKI-XEBERTV.AZ
    Kəlbəcər məktəbində müəllimlə direktor arasında "soyuq müharibə" ...
    DogruXeber.az: - Hələ Misir Mərdanovun Təhsil Naziri olduğu dövrdən ölkə əhalisinin əksəriyyəti Azərbaycan təhsilinin zəif olduğundan, məktəblərdə normal dərs keçirilmədiyindən, məktəblərdə hansısa yollarla diplom əldə edən müəllimlərin çoxluq təşkil etdiyindən, ümumiyyətlə müəllim savadsızlığından, daha doğrusu savadsız müəllimlərdən şikayətlənirdilər.

    Elə deyə-deyə Misir Mərdanovu nəhayət yola saldılar. Misir Mərdanovun yerinə gələn nazirlərin heç biri mövcud vəziyyəti düzəldə bilmədi. Bəlkə də düzəltmək istəmədilər. Nə Mikayıl Cabbarov, nə də Ceyhun Bayramov buna heç cəhd də göstərmədilər.
    Odur ki, bütün ümidləri o onlardan sonra Təhsil Naziri kürsüsünə əyləşən gənc nazir Emin Əmrullayevə yönəldi.

    Amma, təhsil sahəsində günü-gündən artan qanunsuzluq, rüşvətxorluq və sürətli geriləmə deyəsən Misir Mərdanovun "ölənlərinə rəhmət oxutdurur".

    Son zamanlar elə bir gün yoxdur ki, yerli sosial medialarda, sosial şəbəkələrdə Emin Əmrullayev barəsində tənqidi yazılar, yaxud şikayətlər dərc edilməsin.

    İstər paytaxtımızda, istərsə də bölgələrimizdəki orta məktəblər "döyüş meydanı"na çevrilib.

    Müəllim müəllimlə, müəllim direktorla "döyüşür", valideyin direktorla, valideyin müəllimlə, sagird şagirdlə, şagird müəllimlə və sair...

    Bütün bunlara səbəb isə rəhbərliyin ya səriştəsizliyi, ya da laqeydliyidir.

    Atalar demişkən: "Balıq başdan iylənər".

    Rəhbərlik əgər idarə etməyi bacarmırsa, rəhbərlik etdiyi qurumda baş verənlərə biganə qalırsa, mövcud problemləri aradan qaldırmağa cəhd göstərmirsə bütün bu kimi qanun pozuntuları və geriləmə təbiidir.

    "DogruXeber.az" izləyiciləri yəqin bir müddət öncə Qusar rayon, "Piral" kənd orta məktəbində müəllimlər arasında baş verən "soyuq müharibə"ni xatırlamış olarlar.

    Xatirinizdədədirsə həmin məsələdə də redaksiyamıza müraciət edən müəllim və valideynlər məsələ barəsində Təhsil Nazirliyinə dəfələrlə şikayət etdiklərini bildirmişdilər. Həmçinin, telefon əlaqəsi saxladığımızda Qusar rayon Təhsil Şöbəsində müdir əvəzi olan Yuzbəy müəllim də məsələdən Nazirin xəbəri olduğunu vurğulamışdı.

    İndi də oxşar "soyuq müharibə" Qəbələ rayonunda, Zarağan-2 köçkün şəhərciyində fəaliyyət göstərən 31 saylı Kəlbəcər məktəbində davam edir.

    Belə ki, Təhsil Nazirliyinə yazılı müraciət edən, bir nüsxəsini də redaksiyamıza ünvanlayan Kəlbəcər rayon 31 saylı tam orta məktəbinin müəllimi Kamil İsmayılov müraciətində deyir:

    "Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev cənablarına Kəlbəcər rayon 31-saylı tam orta məktəbin müəllimi İsmayılov Kamil Allahverdi oğlu tərəfindən

    Ərizə

    Hörmətli Nazir!

    Qəbələ rayonu Zarağan-2 Köçkün şəhərciyində fəaliyyət göstərən Kəlbəcər rayon 31-saylı tam orta məktəbin ixtisasca inşaatcı olan direktoru Namiq Rəcəbovun qanunsuz əməlləri barədə mövcud faktları sizlərə çatdırmaq istəyirəm. Namiq Rəcəbov 2001 - ci ildə İnşaat Mühəndisləri Universitetini qurtaraq həmin ildən Qəbələ peşə məktəbində təlim ustası kimi fəaliyyətə başlamışdır. Peşə məktəbindəki fəaliyyəti 2001-2003 - cü illəri əhatə edir. Peşə məktəbində işləyə-işləyə Kəlbəcər rayon 31-saylı tam orta məktəbinin (2001-2002 - ci illəri əhatə edən guya həmdə Kəlbəcər rayon 31-saylı tam orta məktəbində müəllim işləyib) saxta arayışı nəticəsində Gəncə Müəllimlər İnstitutunda 2002 - 2003 - cü illərdə əyani ixtisasartırma kursundan kecərək, riyaziyyat və informatika ixtisasi müəllimi diplomu əldəetmişdir. Eyni vaxtda iki yerdə işiləmək və 180 km uzaqlıqda yerləşən şəhərdə əyani kursdan keçmək, bu üç hala mümkündürmü? Məktəb direktorunun digər qanunsuz əməllərini aşağıda sıra ilə təqdim etmək istəyirəm.

    1. 7 nəfər texniki işçiyə bilərəkdən 20%artıq əməkhaqqlarının verilməsi.

    2. MiQ-lə göndərilən müəllimlərin bəzilərinə düşmədiyi halda qanunsuz N (1)kompensasiyasın ın verilməsi.

    3. Ali təhsilli və təcrübəli müəllimlərin əlindən sinif rəhbərliklərin alıb, təcrübəsiz, kollec qurtaran müəllimlərə satılması.

    4. Təcrübəli müəllimlərin dərslərinin alınıb, vakansiya ilə gələn müəllimlərə ikiqat (vakant dərs saatlarından əlavə) dərslərin verilməsi,digər ixtisas müəlliminin stavkası tam olmadığı halda.

    5. 10 Sinif otağı olduğunu halda 12 sinif komplektinin bir növbədə necə dərs keçməsi.

    6. Siniflərin ölçüləri, məktəbin ümumi sahəsi imkan vermədiyi halda artıq ştatların buraxilması.

    7. Dərnək və əlavə məşğələlərin keçilmədən (yalnız jurnal yazmaqla) pullarının mənimsənilməsi.

    8. Evdətəhsilə cəlb edilmiş şagirdlərə dərslərin keçilməməsi, şagirdin hətta fənn müəllimlərini tanımaması və onların dərs saatlarına ayrılan vəsaitin direktor tərəfindən mənimsənilməsi.

    9. Evdətəhsilə cəlb olunmuş uşağın nitq qabiliyyətinin olmamasi, danışa bilməməsi, 5-ci sinifdə oxumağına baxmayaraq, yazmağ, oxumağı bacarmır, müəllimləri belə tanımır. Belə uşaqlar yalnız xüsusi təhsil müəssisəsində təhsil ala bilər.

    10. Dərnək və əlavə məşğələlərin, evdətəhsilə ayrılmış vəsaiti direktorun büdcəsinə aid olması və həmin vəsaitin hər ay regiona çatması.

    11. Pedaqoji fəaliyyətlə məşğul olan bəzi işçilərin heç bir şəraitinin olmaması və rəhbərliklərin düzgün aparılmaması, buna baxmayaraq onlara vəsaitin ödənilməsı.

    12. Saxtadiplomlu şəxslərin müəllim kimi fəaliyyətləri

    13. Yerli məktəbin 150-200 metr məsafədə yerləşməyinə baxmayaraq, sinifin təşkili üçün yerli şagirdlərin məktəbə qəbulu.

    14. Müəllimlərin stavkası tam olmadığı halda direktor və müavinlərin istədikləri qədər dərs saatlarının aparılması və s. yazmaqla qurtarası deyil.

    15. Dərs saatlarının direktorun maraqlarına uyğun bölünməsi.

    Hörmətli Emin Əmrullayev, məktəbin direktoru Namiq Rəcəbov haqqını tələb edən müəllimləri dərs saatlarını, sinif rəhbərliyini əlindən almaqla, töhmət verməklə, ən sonda məhkəməyə verməklə cəzalandırır.

    Hal-hazırda 3 nəfərin məhkəməsi davam edir. Müəllim və texniki işçilərin günləri məhkəmələrdə keçir. Direktorun saxta əməlləri barədə mövcud faktları aşkarlayıb dövlət orqanlarına rəsmi olaraq məlumatlar verdiyim üçün oktyabrın 10-u 2020- ci ildə bir anda pedaqoji şura təşkil edib, dərs keçdiyim 6-cı sinifdə dərsi dayandıraraq məni
    iclasa cağırtırıb, mənə töhmət vermiş, 5 saat dərsimi və sinif rəhbərliyimi əlimdən alıb bir gün belə pedaqoji stajı olmayan müəllimə vermişdir.

    Bir iclasda üç cəza vermək nə dərəcədə doğrudur? Bu da inşaatcı direktorun Əmək Məcəlləsindən, təhsil qanunundan xəbəri olmadiğından xəbər verir.İndiyə qədər, 9 ay ərzində onlarla sizə müxtəlif üsullarla məlumatlar verməyimə baxmayaraq, indiyədək heç bir münasibət bildirən olmamışdır, çünki direktor dövlət orqanlarına rəsmi olaraq bizim barəmizdə yanlış məlumatlar verməklə məşğuldurlar.

    Hörmətli nazir, xahiş edirəm direktorun bu qanundankənar, xoşagəlməz əməlləri araşdırılsın və lazımi tədbirlər görülsün."

    Yeri gəlmişkən onu da qeyd edək ki, Kamil İsmayılov redaksiyamıza bildirib ki, Təhsil Naziri Emin Əmrullayev ilə online görüşüb, bütün qeyd olunan narazılıqlarını şəxsən nazirin özünə də deyib. Nazir Emin Əmrullayev məsələni nəzarətə götürəcəyinə və lazımi tədbirlər görülməsi üçün müvafiq göstərişlər verəcəyinə söz verib. Lakin, hələ də Təhsil Nazirliyindən mövcud məsələyə heç bir reaksiya yoxdur.

    P.S: Sözügedən məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə Kəlbəcər rayon 31 saylı tam orta məktəbinin direktoru Namiq Rəcəbov ilə telefon əlaqəsi saxladıq.

    Namiq Rəcəbov haqqında səslənən bütün iddiaları qəti şəkildə təkzib etdi və bildirdi ki, "şikayətçi müəllim Kamil İsmayılov artıq uzun müddətdir ki, mənim barəmdə yazmadığı, müraciət etmədiyi dövlət qurumları və sosial medialar qalmayıb. Bununla bağlı biz hətta onunla məhkəmədə görüşdük . Qərar da əlimdədir. Bütün yazdıqları hər bir şeyin böhtan olması sübut olunub və Kamil İsmayılov islah işlərinə cəlb olunub. Məhkəmənin qərarı ilə sentyabr ayından etibarən əmək haqqısından 20 % tutulacaq.

    Kamil müəllimin məqsədi sırf məni ləkələmək, məni sıxışdırmaqdır. Bu səbəbdən mənə böhtan atır.

    Mən məhkəmə qərarını Təhsil Nazirliyinə də göndərmişəm."

    Qeyd: Namiq Rəcəbov həmçinin müraciətdə qeyd edilən 15 iddianı əzbər bildiyini, hamısının yalan və böhtandan ibarət olduğunu bildirdi. Namiq Rəcəbov onu da sözlərinə əlavə etdi ki, məlumat dərc edildiyi halda Kamil İsmayılov barəsində yenidən məhkəməyə müraciət edəcək.


    "DogruXeber.az" redaksiyası olaraq şikayətçi Kamil İsmayılovun müraciətini də, həmçinin qarşı tərəfin mövqeyini də olduğu kimi dərc etdik.

    Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
    loading...