Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • 15 Mar 2021, 20:16   
        194

    Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO


    Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO



    BAKI-XEBERTV.AZ


    İllərdir bizi içimizdən əzən, başımızı yerdən qaldırmağa qoymayan 20% torpaq utancımızı biz 30 il götürə-götürə gəldik.
    Amma, bu illər ərzində Azərbaycan qadınları bu utanc hissinə bir gün son qoysun deyə elə ruhda, elə qeyrətli, igid oğullar yetişdirdilər ki, o oğullar canları, qanları, həyatları bahasına o torpaqlarda vuruşub, bu millətin nəyə qadir olduğunu düşmənə sübut etdilər.
    Yeri gəlmişkən, 2020-ci ilin sentyabr ayında vətən müharibəsi başlayanda bir çox məmurların övladları artıq ölkə xaricində idi. Övladlarını ölkədən qaçıran, saxta sənədlər ilə hərbidən yayındıran məmurların indi saymadığı, dəyər vermədiyi vətəndaşların, kasıb təbəqənin övladlarının qələbəsi idi Şuşa qələbəsi.
    44 günlük müharibə başa çatdıqdan dərhal sonra bütün ölkədə, bütün regionlarda fəaliyyət göstərən yerli İcra orqanlarının gerçək simaları, sözün əsl mənasında sahib olduqları vəzifə üçün heç bir işə yaramadıqları ortaya çıxdı.
    Cənab Prezidentin "şəhid ailələri və qazilərimizin problemləri dərhal, gözlətmədən, yerində aradan qaldırılmalıdır" tapşırığına məhəl qoymayan yerli İcra məmurları nəyinki dərhal müdaxilə etmək, ümumiyyətlə çox zaman görüşməkdən imtina edirlər, müxtəlif bəhanələrlə get-gələ salırlar.
    Ağır iqtisadi böhran, pandemiya şəraitində işsizlikdən əziyyət çəkən millətin, döyüşçü, qazi və ya şəhid ailələrinin istəyi nə qədər böyükdür ki, yerli İcra orqanları onu təmin etməkdə çətinlik çəkir?!
    Hələ ümumi medianı, sosial şəbəkələri demirəm, təkcə DogruXeber.az İnformasiya agentliyinə daxil olan bütün qazi müraciətlərində onların istəyinin yalnız iş olduğunun izləyicilərimiz də dəfələrlə şahidi olublar. Sadəcə uyğun işlə təmin olunub, zəhmətlərinin qarşılığı əsasında alacaqları məvacib ilə dolanmaq istəyirlər ki, bu da onların doğal haqqıdır.
    Yuxarıda qeyd etdiyimiz kimi igid oğullar yetişdirən qəhrəman analardan biri də Zülfiyyə xanım Məmmədovadır.
    Ötən xəbərlərimizdən də sizə məlum olduğu kimi döyüşçü anası Zülfiyyə xanım övladlarına baxmaq üçün bir işinin olmasını istəyir. İş tapmaqda və kommunal borclarının ödənilməsində kömək etmələri üçün sakini olduğu Binəqədi rayonunun İcra hakimiyyətinə müraciət edib, lakin xanımın şikayətinə məhəl qoyulmayıb. Zülfiyyə xanımın redaksiyamıza müraciəti YouTube kanalımızda yayımlandıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla xanım redaksiyamız ilə əlaqə saxladı və Zülfiyyə xanımın yalan danışdığını, İcra Başçısı Elxan Allahverdiyevin onu şəxsən qəbul etdiyini, iş təklifi etdiklərini bildirdi.
    Zülfiyyə xanımı “yalançı”lıqda ittiham edən Leyla xanımın sözlərinin nə dərəcədə həqiqət olması barədə isə bu videonu izləyərkən özünüz şahid olacaqsınız.
    Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
    Məsələ diqqətimizdədir.



    /dogruxeber.az/
    loading...