Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • 26 Oca 2021, 15:25   
        95


    BAKI-XEBERTV.AZ

    "Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik!
    2020-ci il sentyabr ayının 27-də başlanan və 44 gün davam edən savaş Azərbaycan Silahlı Qüvvələrinin tarixi qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında haqqı olanlardan da biri Lerik rayonunun Dico kənd sakini, 1997-ci il təvəllüdlü Tahirov Firdovsi Balaxan oğludur. F.Tahirov Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix-Coğrafiya fakültəsinin IV kurs tələbəsi idi. Sonuncu kursda illik təhsil haqqını ödəyə bilmədiyi üçün Dövlət imtahanına buraxılmamışdı. Qərara gəlmişdi ki, həqiqi hərbi xidmətə yollansın, xidmətini başa vurub geri qayıdanda təhsilini başa vurar.
    F.Tahirov 2019-cu il iyul ayının 23-də Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə yollandı. Öncə Gəncə bölgəsində, daha sonra isə başqa bir bölgədə yerləşən "N" hərbi hissəsində xidmət etdi. Xidməti dövründə hissə komandanlığı tərəfindən təşəkkürnamə ilə təltif edildi. 2020-ci il iyul ayının 12-də Tovuz bölgəsində Ermənistan Silahlı Qüvvələri şiddətli atışmalara başlayarkən bu hücumun qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələr cəlb edildi. F.Tahirov da xüsusi təyinatlıların arasındaydı. Sentyabrın 27-də II Vətən savaşı başlananda Firdovsinin də xidmət etdiyi xüsusi təyinatlılar qrupu Murov dağ silsiləsi istiqamətində hərəkət etməyə başladılar. Sentyabrın 30-da məlumat gəldi ki, Firdovsi şəhid olub. 1 gün sonra F.Tahirov Dico kənd qəbristanlığında dəfn edildi.
    Oğlu dəfn edildikdən az sonra Balaxan Quliyevin yadına düşdü ki, Prezident İlham Əliyevin Sərəncamı ilə banklardan kreditlə pul götürən şəhid ailələri və müharibə əlillərinin borcları silinəcək. O, aidiyyəti üzrə "Kapital bank"ın yerli filialına müraciət etdi. Təəssüf ki, "Kapital Bank" ASC-nin Lerik rayon filialı şəhid atasının borcunu silməkdən müxtəlif bəhanələrlə imtina etdi. Şəhid atası 4 aydır ki, ardıcıl olaraq bankın hesabına 120 man.pul ödəyir. Bundan başqa, Lerik rayon İcra Hakimiyyəti ailənin qarşılaşdığı problemlərin həllinə yardım göstərməyib. Prezidenti Sərəncamı ilə yaradılan "Yaşat" Fondunun İşçi Qrupu Balaxan Quliyevlə görüşüb, ailənin problemləri ilə maraqlanıb. Onlar Dico kəndindəki şəraitsiz evdə ailənin yaşamasını məqsədəuyğun hesab etməyiblər.
    B.Quliyevin ailə üzvləri müvəqqəti olaraq Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıblar. Biz,Xəzər rayonunun Binə qəsəbəsində müvəqqəti məskunlaşmış Firdovsi Tahirovun doğmaları ilə görüşdük. Onların qayğıları ilə maraqlandıq. Şəhid atası bildirdi ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və onun rəhbərlik etdiyi Aparat bizim qarşılaşdığımız problemlərlə maraqlanmır. Biz, üzümüzü Respublika Prezidenti Administrasiyasının rəhbəri, hörmətli Samir Nuriyevə tutub deyirik:
    -Lerik rayon İcra Hakimiyyətinin rəhbərliyinə, həmçinin, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti Lerik rayon Şöbəsinin əməkdaşlarına başa salın ki, ölkəmizin qalib ölkə olması
    üçün əllərindən gələni əsirgəməyən şəhid Firdovsi Tahirovun ailə üzvlərinin qarşılaşdığı sıxıntıların aradan qaldırılmasına yardımçı olsunlar.

    P.S.Biz, bu mövzuya yenidən qayıdacağıq.



    Şamil Sabiroğlu,
    Əfqan Vəlizadə ,
    Arzuman Ağayev.
    medonline.az saytının xüsusi müxbirləri.
    loading...