
Nazir Sumqayıtın polis rəisini işdən çıxartdı
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov tutduğu vəzifədən azad olunub.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, nazirin digər əmri ilə o, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.
Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.