Xəbər lenti
Axtar
11 Oca 2021, 11:22   
    62

Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Binəqədi Rayon Məhkəməsində rüşvət almaqda əqsirtləndirilərək həbs edilən Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədovun barələrində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətət baxılıb.

XEBERTV.AZ Trend-ə istinadən bildirir ki, prosesdə vəsatətlər təmin edilib və hər iki şəxs barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - rayonun baş memarı Akif Əliyev və 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin sabiq rəisi Murad Əhmədov ötən il iyunun 23-də rüşvət alarkən saxlanılıb və hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
loading...