Xəbər lenti
Axtar
11 Oca 2021, 11:18   
    50

Pandemiyaya görə işsiz qalan vətəndaşlara 450 milyon manat kompensasiya verilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 100 min nəfər vətəndaşın məşğulluğu təmin edilib.

XEBERTV.AZ Trend-ə istinadən bildirir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiyalarla iş şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, il ərzində 90 min ictimai iş yeri yaradılıb: "Onlardan 38 mini daimi, 50 mini isə iki aylıq müvəqqəti xarakter daşıdı".

Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə 600 min nəfər birdəfəlik maddi yardım alıb: "Ötən il bu ödəmə 6 dəfə həyata keçirilib. Ümumilikdə bunun üçün 450 milyon manat vəsait xərcləndi".
loading...