Xəbər lenti
Axtar
09 Oca 2021, 22:21   
    64

Sabah dünyanın diqqəti Qırğızıstana KÖKLƏNƏCƏK

Sabah dünyanın diqqəti Qırğızıstana KÖKLƏNƏCƏK
Yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri və respublikada idarəçilik formasının müəyyənləşdirilməsi ilə bağlı referendum keçiriləcək.

XEBERTV.AZ Publika.az-a istinadən Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, ölkə prezidenti postu uğrunda 17 namizəd mübarizə aparacaq. Eyni zamanda, vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə seçim edəcəklər. Seçki günü respublikada 2470, o cümlədən xaricdə 48 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Əvvəlki dövlət başçısı Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də, on günə yaxın davam edən etiraz aksiyaları və kütləvi iğtişaşlardan sonra istefa verib. Habelə Baş nazir və Kubatbek Boronov və parlamentin sədri Dastanbek Cumabekov da vəzifədən gediblər.
loading...