Xəbər lenti
Axtar
09 Oca 2021, 21:58   
    58

Hacıqabulda qəza baş verib, sürücü ölüb

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

XEBERTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1971-ci il təvəllüdlü Ağayev Nəriman Rzaqulu oğlunun idarə etdiyi "QAZel" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Sürücü hadisə yerində ölüb.

Sürücünün meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
loading...